Accessibility links

Sivil Toplum Platforması yol-nəqliyyat hadisələri zamanı ölümlərin çoxluğundan narahatdır


Avtomobil qəzası (Foto SANCAQ production-nun Facbook səhifəsindən götürülüb)
Avtomobil qəzası (Foto SANCAQ production-nun Facbook səhifəsindən götürülüb)

İl ərzində əhalinin 1000 nəfərinə düşən yol-nəqliyyat ölümlərinin sayının azaldılmasına görə Avropa ölkələri artıq kəskin irəliləyiş əldə ediblər. 2010-cu ildən bu yana ölüm halları bütün Avropa üzrə ümumilikdə 8,1% azalıb. Azərbaycanda isə rəsmi rəqəmlər heç bir azalmadan xəbər vermir. 2010-cu ildə yol qəzalarında həlak olanları sayı 925 nəfər olmuşdusa, 2014-cü ildə 1124 nəfərin öz həyatını itirməsi rəsmi statistikada ifadə olunub. Bu barədə Azərbaycanda yol-nəqliyyat qəzaları və ölümlərinin azalmaması barədə Sivil Toplum Platformasının Mövqe Sənədində deyilir.

Ümumdünya Səhiyyə Təşkilatının 2015-ci ilin yekunlarına həsr olunan hesabatında bildirilir ki, yol-nəqliyyat hadisələri zamanı əhalinin 1000 nəfərinə düşən ölüm hallarına görə Azərbaycan orta Avropa göstəricindən də aşağıda yer tutur.

“İsveç və Böyük Britaniyada bu göstərici 3 olduğu halda, Azərbaycanda 10-dan çoxdur. Adı çəkilən ölkələrdə 1000 nəfərə 450-dən çox, Azərbaycanda isə 100-dən də az avtomobil düşdüyünü, yəni onlardakı nəqliyyat vasitələrinin sayının bizdəkindən təxminən 5 dəfə çox olduğunu nəzərə aldıqda isə, fərqin nə qədər acınacaqlı olduğunu daha yaxşı başa düşə bilərik”, sənəddə qeyd edilir.

Sivil Toplum Platforması hesab edir ki, yol hərəkəti təhlükəsizliyi üçün bütün dünyada qəbul edilmiş risk faktorlarından əlavə, Azərbaycanda yol-nəqliyyat hadisələrinin və onun qurbanlarının çox olmasını şərtləndirən digər ciddi amillər mövcuddur.

“Yanlış idarəçilik, hüquqi məsuliyyətsizlik və korrupsiya bu sahədə ən qabarıq problemlərdəndir. Bu amillərin mövcudluğu şəraitində heç bir irəliləyişə nail olmaq mümkün deyil. Bura avtomobillərin texniki vəziyyətinə və sürücülərin yetənəyinə obyektiv nəzarətin olmaması, sürücülük təhsilinin yüksək dərəcədə rüşvətə uğraması, yol-hərəkət nişanlarının azlığı, yolların, yol birləşmələrinin və keçidlərinin riskli olması, həmçinin bir çox hallarda qanunvericilik problemləri də daxildir. Hətta DYP əməkdaşlarının məsuliyyətsiz iş prinsipləri - avtomobil qovmaları, qaydaları istədikləri vaxt pozmaları, avtomobilləri əlverişsiz yerdə saxlamaları kimi hallar da qəzalara səbəb olur. Yalnız cərimələrin yüksəldilməsi çoxsaylı neqativ halların çərçivəsində vəziyyəti müsbətə dəyişə bilməz”.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG