Accessibility links

AXCP-nin Ədliyyə Nazirliyinə qarşı məhkəməsi başlayıb


AXCP-nin qurultayı

AXCP-nin qurultayı

Yanvırın 14-də 1 saylı Bakı İnzibati-İqtisad məhkəməsində hakim Elşin Məmmədovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ədliyyə Nazirliyinə qarşı məhkəmə prosesi başlanıb. AXCP-nin növbəti qurultayından sonra məlumatların dövlət reyestrinə salınmasından imtina etməsi ilə bağlı hazırlıq iclası keçirilib.

AXCP-nin 6-cı (9-cu) qurultayı 2015-ci il sentyabrın 27-də keçirilib. Qurultaydan sonra Ədliyyə Nazirliyi bu partiyanı dövlət reyestrinə salmayıb.

Azərbaycan Xalq Cəbhəsi 1989-cu ildə təsis edilib. 1995-ci ildə AXC partiya elan olunur Azərbaycan Xalq Cəbhəsi Partiyası adlanıb. Əli Kərimli 2000-ci ildə Əbülfəz Elçibəyin ölümündən sonra AXCP-nin sədridir.

Bu gün keçirilən məhkəmədə AXCP-nin nümayəndəsi kimi vəkil Fəxrəddin Mehdiyev iştirak edib. Cavabdeh qismində Ədliyyə Naziriyinin nümayəndəsi iştirak etmədiyindən proses təxirə salınıb. Vəkil bunu həmin orqanın məhkəməyə sayğısızlığı kimi dəyərləndirərək, cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməsini hakimin diqqətinə çatdırıb. Hakim hazırlıq iclasının fevralın 4-ü saat 15:40-da davam etdirilməsinə qərar verib.

XS
SM
MD
LG