Accessibility links

AXCP - Müsavat seçki bloku elan edilib


AXCP - Müsavat seçki bloku elan edilib
AXCP - Müsavat seçki bloku elan edilib

İki müxalifət partiyası parlament seçkilərində birgə iştirak edir

Müxalifətdə olan Müsavat və Xalq Cəbhəsi partiyaları AXCP - Müsavat adlı seçki blokunun yaradılması barədə razılaşma imzalayıb.

Müsavat partiyasının başqanı İsa Qəmbər bildirib ki, hər iki partiya 125 seçki dairəsindən 90-da namizədləri razılaşdırdıb və bu proses davam etdiriləcək. Onun sözlərinə görə, seçki blokunun əsas hədəfi ölkədə köklü dəyişikliklərə nail olmaqdır.

AXCP sədri Əli Kərimli isə blokun parlament seçkilərində Azərbaycan hakimiyyətinə ciddi alternativ olacağını bildirib. Onun fikrincə, blok iki partiyanın birləşməsi yolunda ilk addım olacaq.

XS
SM
MD
LG