Accessibility links

AXCP gəncləri ilk Ümumrespublika konfransını keçirib [Video]


Foto: azadliq.info

Foto: azadliq.info

Konfransda Milli Şurasının sədri Cəmil Həsənli də iştirak edib

Dekabrın 22-də Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Gənclər Komitəsinin I Ümumrespublika konfransı keçirilib.
AzadlıqRadiosunun verdiyi məlumata görə, komitənin sədri Əbülfəz Qurbanlı çıxışında deyib ki, ölkədə aparılan gənclər siyasəti tənqid olunmalıdır. Çünki milyonlarla gənc evsiz və işsizdir.
Əbülfəz Qurbanlı əlavə edib ki, cəbhəçi gənclər həbslər və başqa çətinliklərlə üz-üzə qalsalar da mübarizədən çəkinməyiblər.
Konfransda çıxış edən AXCP sədri Əli Kərimli deyib ki, «cəbhəçi gənclik intellektual fəaliyyəti ilə də fərqlənir».
Əli Kərimli deyib ki, Azərbaycandakı diktatura rejimi çox kövrəkdir. «Gənclərin də qatqı verdiyi mübarizə tezliklə onu tarixin zibilliyinə yollayacaq».

Konfransda İlham Hüseyn komitə sədri, Əbülfəz Qurbanlını isə AXCP sədrinin müavini təyin olunub.
Milli Şuranın sədri Cəmil Həsənli çıxışında deyib ki, vaxt vardı, gənclərin hansı liderin ardınca getməsi məsələsi aktual idi, indi isə hansı gəncliyin arxasınca getməli məsələsi aktualdır. Cəmil Həsənli həbsdə olan gənclər haqqında deyib ki, bu bir tərəfdən hakimiyyətin acizliyi ilə, digər tərəfdən gəncliyin gücü, sistemə qarşı mübariz olması ilə bağlıdır.
AXCP Gənclər Komitəsinin yeni sədri İlham Hüseynli çıxışında deyib ki, «bəziləri deyir ki, biz ənənəvi müxalifətik, bəli biz mala, pula əyilməməyin ənənəsini yaradan insanlarıq».
XS
SM
MD
LG