Accessibility links

AXCP fəalı Elçin Dəmirov zorla polisə aparılıb


AXCP Binəqədi rayon şöbəsinin fəalı Elçin Dəmirovun sentyabrın 24-də zorla polisə aparıldığı deyilir.

Bu haqda AXCP-nin yaydığı məlumatda bildirilir.

Məlumatda qeyd edilir ki, E.Dəmirovu yaşadığı mənzildən aparıblar.

Partiya E.Dəmirovun hazırda Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsində olduğunu bildirir.

Binəqədi rayon Polis İdarəsindən deyiblər ki, E.Dəmirovun saxlanması barədə onlarda məlumat yoxdur.

Sentyabrın 24-də daha bir AXCP fəalının saxlandığı açıqlanıb. Partiyanın yaydığı məlumatda AXCP Ali Məclisinin həbsdə olan üzvü Sahib Rüstəmlinin oğlu Rail Rüstəmlinin Sabirabad rayon Polis İdarəsinə aparıldığı bildirilirdi.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG