Accessibility links

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Füzuli Hüseynov Binəqədi rayonundakı Müvəqqəti Saxlanma Təcridxanasında aclıq aksiyası keçirir.

Bu barədə Amerikanın Səsinə AXCP sədrinin müavini Nurəddin Məmmədli bildirib.

Abşeron Rayon Məhkəməsi AXCP Xətai rayon təşkilatının fəalı Füzuli Hüseynova yanvarın 27-də polisə müqavimət ittihamı ilə inzibati qaydada 30 sutka həbs kəsib. Onun sosial şəbəkələrdəki fəaliyyətinə görə həbs olunduğu ehtimal edilir.

Nurəddin Məmmədlinin sözlərinə görə, təcridxana rəhbərliyi onu Hüseynova aclığı dayandırması üçün təsir etmək məqsədi ilə təcridxanaya dəvət edib.

“Lakin məni rəis qəbul etmədi. Rəsiin köməkçisi mənim daha lazım olmadığımı dedi. Aclığa nə vaxt başladığı və səbələri barədə məlumat ala bilmədik. Füzuli Hüseynovun sağlamlığında ciddi problemlər olduğundan evdən yemək aparırlar. Təcridxanada yeməyi qəbul etmirlər, deyirlər aclıq edir. Mənə bildirdilər ki, həkimlər dəvət ediblər, narahaçılığa əsas yoxdur”, o qeyd edib.

Məmmədli hesab edir ki, Hüseynova zorla qida qəbul etdirirlər.

“Güman edirəm ki, bu səbəbdən də məni Füzuli Hüseynovla görüşdürmədilər”.

Məmmədlinin fikrincə, Füzuli Hüseynov qanunsuz həbs edilməsinə etiraz olaraq aclıq aksiyası keçirir.

AXCP fəalının aclıq etməsi ilə bağlı rəsmi qurumlar hələ məlumat yaymayıb.

XS
SM
MD
LG