Accessibility links

AXCP “Meydan TV”-nin rəhbərinin qohumunun həbsini pisləyir


Emin Milli

Emin Milli

Azərbaycan Xalq Cəbhəsi Patiyası (AXCP) “Meydan” TV-nin rəhbəri Emin Milliyə təzyiq üçün onun qaynının həbsini pisləyən bəyanat yayıb.

Partiyanın facebook səhifəsində yaydığı sənəddə deyilir ki, AXCP ölkə ictimaiyyətini, beynəlxalq təşkilatları Azərbaycan hakimiyyətinin bu əndazəsiz hərəkətlərini dayandırmaq üçün konkret addımlar atmağa çağırır.

Partiya hesab edir ki, dövlət resuslarını repressiya aləti kimi istifadə edən bir hakimiyət təkcə azərbaycanlılar üçün yox, bütövlükdə bəşəriyyət üçün təhlükədir.

İyulun 23-də “Meydan” TV-nin rəhbəri Emin Millinin qayını Nazim Ağabəyov Bakıda həbs olunub. Nazim Ağabəyova “narkotik” ittihamı verilib.

“AXCP bu ittihamı tamamilə əsassız və qondarma hesab edir, birmənalı olaraq repressiya kimi qiymətləndirir. AXCP Emin Millinin o qənaətini tamamilə bölüşür ki, bu həbs azad sözün susdurulması məqsədilə atılan növbəti addımdır”, sənəddə qeyd edilir.

Bəyanatada deyilir ki, azad və tənqidçi sözə, fərqli fikirə qarşı ideoloji yöndə heç bir cavab vermək qabiliyyətində olmayan Əliyevçi rejim “güc olan yerdə ağıla ehtiyac yoxdur” prinsipi ilə hərəkət edir və cəzasızlıq mühütindən sui-istifadə edərək, fəalları, onların yaxınların şərləyib, müxtəlif təzyiqlərə məruz qoyur.

“Azərbaycan hakimiyyəti artıq bir müddətdir ki, hüquqi və mənəvi sərhədləri tamamilə aşaraq, ictimai-siyasi fəallara, o cümlədən tənqidçi jurnalistlərə qarşı "qohumlarını girov götürmə" əməliyyatı həyata keçirir. İndiyədək AXCP-nin bir çox tanınmış üzvlərinin, o cümlədən sədr Əli Kərimlinin ailə üzvü, qohumu bu idbar siyasətin qurbanına çevrilib. Elə bu günlərdə tanınmış AXCP fəalı və jurnalist, “Azadlıq” qəzeti və “Azərbaycan saatı” proqramının rəhbəri Qənimət Zahidin 3 yaxın qohumu bilavasitə onun fəaliyyətinə görə qondarma ittihamlarla, siyasi sifariş əsasında həbs edilib. Bu baxımdan AXCP Emin Millinin qayını ilə bağlı vəziyyəti yaxşı anlayır və şiddətlə pisləyir”, sənəddə qeyd edilir.

AXCP hakimiyyəti xəbərdar edir ki, azad sözlə savaş perspektivsiz işdir. Jurnalistləri, söz adamlarını susdurmaq üçün onların yaxınların hədəfə almaq heç bir əndazəyə sığmayan bəd əməldir. Bu cür hərəkətlər heç bir halda avtoritar Əliyevçi rejimə uzunömürlülük, yaxud əbədiyyət qazandırmayacaq, əksinə, rejim mənsublarına cəmiyyətdə ikrah və qəzəbi daha da gücləndirəcək.

XS
SM
MD
LG