Accessibility links

O saxta pul gəzdirməkdə şübhəli bilinir

Martın 25-də AXCP-nin Sumqayıt rayon şöbəsinin üzvü Daşqın Məlikov saxlanılıb
.
AXCP Gənclər Komitəsinin Sumqayıt rayon şöbəsinin sədri Elşən Ağayev bildirib ki, “2008-ci ildə Daşqın Məlikovun qardaşının toyunda 200 manat saxta pul yazılıb.Pulun saxta olduğunu biləndən sonra polisə müraciət olunub. Ancaq polis heç bir tədbir görməyib, pulu geri qaytarıb.Bu işin üstündən bir-neçə il keçsə də Daşqın pulu özündə saxlayırmış.Martın 25-də Daşqın “Facebook”da dostlarıilə görüş təyin edib. Görüş zamanı Daşqının saxta pul ittihamı ilə həbs ediblər”.

AXCP gənclər komitəsinin sədri Əbülfəz Qurbanlı həbsin siyasi sifariş olduğunu deyib. Onun fikrincə, məqsəd ənənəvi olaraq gəncləri qorxutmaq, fəallıqdan çəkindirməkdir.
Sumqayıt şəhər Polis İdarəsinin növbətçi hissəsindən Amerikanın Səsi radiosuna Daşqın Məlikovun saxlandığını təsdiq ediblər.

“Daşqın Məlikov martın 25-də saxlanıb. O Şüvəlan təcridxanasına göndərilib. Hazırda araşdırma aparılır”, - deyə növbətçi hissədən bildiriblər.
XS
SM
MD
LG