Accessibility links

Saatlıda müxalifət fəalı həbs edilib


Qandal
Qandal

İyunun 9-da müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının Gənclər Komitəsi Saatlı (Bakıdan 191 kilometr cənub qərb) şöbəsinin rəhbəri Ənvər Hüseynli 30 sutkalığa inzibati qaydada həbs edilib. Bu barədə Amerikanın Səsinə müxalifət fəalının atası Ziyafət Hüseynli bildirib.

Onun sözlərinə görə, gənc dünən saxlanılıb. Polisdə onun doğmalarına bildirilib ki, guya təhqiramiz ifadələr işlədib.

Bu gün Ə.Hüseynli məhkəmə qarşısında dayanıb. Fəalın doğmaları və tərəfdarları zala buraxılmayıblar. Onlar rayon polis şöbəsinin rəis müavini Hacı Əhmədovun rəhbərliyi ilə polis əməkdaşları tərəfindən zaldan çıxarılıblar.

Məhkəmə Ə.Hüseynlini polisə tabe olmamaq ittihamı ilə 30 sutka həbs edib.

Gəncin atası bildirib ki, o, müxalifətyönlü fəaliyyətinə və sosial şəbəkələrdə fəallığına görə siyasi motivlərlə həbs olunub.

XS
SM
MD
LG