Accessibility links

AXCP fəalı 30 sutkalığa həbs edilib


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Xətai rayon şöbəsi Gənclər Komitəsinin fəalı Məsud Rzalını 30 gün inzabati həbs cəzasına məhkum edilib.

AXCP-dən bildiriblər ki, polislər onu Qara Qarayev metrostansiyasının qarşısında saxlayıb və nəyə görə saxlandığına aydınlıq gətirməyiblər. Onu rayon məhkəməsinə aparıblar. Orada məlum olub ki, fəal polisə müqavimətdə ittiham olunur və inzibati həbsə məruz qalır.

Fəalın həmkarları hesab edirlər ki, M.Rzalının təqib edilməsinə səbəb sosial şəbəkələrdə aktiv fəaliyyət göstərməsidir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG