Accessibility links

AXCP fəallarına qarşı hələ ittiham irəli sürülməyib


Həbs
Həbs

Sabirabadda müxalifət partiyasının müşavirəsi öncəsi saxlanan fəallar narkotik Onlar narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mətbuat xidmətinin rəhbəri, jurnalist Natiq Ədilovun qardaşı Murad Ədilov və dayısı oğlu Səbuhi Nadirova qarşı hələ rəsmi ittiham irəli sürülməyib. Bu barədə Natiq Ədilov Amerikanın Səsinə bildirib.

Natiq Ədilov bu gün polis şöbəsində olub, qardaşı və dayısı oğlunun saxlanmasının səbəbləri ilə maraqlanıb. Polis şöbəsindən bildiriblər ki, hazırda araşdırma aparılır.

Xatırladaq ki, hər iki şəxs fevralın 27-də günorta saatlarında yaşadıqları Sabirabad rayonunun Xəlfəli kəndində saxlanıb.

Natiq Ədilov bildirib ki, Murad və Səbuhinin hər-hansı günahı yoxdur. “Onlar mənim “qurban”ımdır. Hökumət yenə də xislətinə sadiqdir, mənə belə təsir etmək istəyirlər. Murada dəfələrlə demişdim ki, mənə görə sənin başına min bir oyun gətirə bilərlər. Çünki son vaxtlar aramsız təhdidlər almaqdayam, sadəcə ictimai xofu gücləndirməmək üçün onları xəbər etməyə qıymırdım”, deyə Natiq Əbilov bildirib.

AXCP mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, martın 10-da onun Xəlfəli kəndindəki ata evində AXCP-nin Sabirabad rayonunda müşavirəsinin keçirilməsi nəzərdə tutulur. Bu barədə AXCP Sabirabad rayon təşkilatının məclisi ötən həftənin bazar günü qərar qəbul edib.

“Ona görə də yaxın adamlarının polisə çağırılmalarının tədbir öncəsi təzyiq ola bilməsini istisna etmirəm”.

Öz növbəsində, Sabirabad Rayon Polis Şöbəsinin rəisi Mübariz Quliyev bildirib ki, polisin keçirdiyi əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Sabirabad rayonu Xəlfəli kənd sakinləri Murad Ədilov və Səbuhi Nadirov tutulub.
XS
SM
MD
LG