Accessibility links

Partiyanın iki fəalı həbs edilib, bir fəalı isə polisə çağırılıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sabunçu rayon şöbəsinin üzvü Zaur Məmmədov oktyabrın 17-də evinə gələn polislər tərəfindən saxlanılıb və məhkəmənin hökmü ilə 15 sutka inzibati qaydada həbs cəzasına məhkum edilib.

AXCP mətbuat xidmətinin məlumatına görə, Zaur Məmmədovun guya, məhəllədə kimisə söydüyünə görə həmin şəxsin şikayəti əsasında cəzalandırıldığı bildirilir. Amma əslində, Zaur seçkidə və mitinqlərdə fəallıq göstərdiyi üçün cəzalandırılıb.

Mətbuat xidməti bildirib ki, Zaur Məmmədov by gün hərbi xidmətə yola düşməli idi.

Məlumatda deyilir ki, AXCP Hacıqabul şöbəsinin üzvü İqbal Dəmirov da seçki saxtakarlığına qarşı barışmaz, prinsipial mövqeyinə görə həbs olunub. O, oktyabrın 17-də Hacıqabul şəhər Polis Şöbəsinə çağırılıb və ardınca məhkəmənin qərarı ilə 10 sutka həbs olunub.

AXCP Nəsimi şöbəsinin üzvü Füzuli Zeynalov da Yasamal Rayon Polis Idarəsinə çağırılıb.
XS
SM
MD
LG