Accessibility links

Müxalifətdə olan siyasi partiya 7 il mərkəzi qərargahsız fəaliyyət göstərib. AXCP 2006-cı ildə qərargahından çıxarılıb.

Yeddi ildən sonra müxalifətdə olan Azərbaycan Xalq Cəhbəsi Partiyası (AXCP) qərargaha sahib olub.

Bu barədə AXCP-nin mətbuat xidməti məlumat yayıb.

Mətbuat xidmətinin məlumatına görə, AXCP-nin mərkəzi qərargahı Nərimanov rayonu Tələt Şıxaliyev küçəsi 8 (Bundan öncə Açıq Cəmiyyət Partiyasının qərargahı burada yerləşib) ünvanında yerləşir.

2006-ci ilin noyabrında AXCP, Azadlıq qəzeti və Turan İnformasiya Agentliyi Xaqani küçəsi, 33 ünvanındakı ofisindən çıxarılıb. Sonradan bu bina sökülüb və yerində Hesablama Palatası üçün bina tikilib.
XS
SM
MD
LG