Accessibility links

AXCP Şəki şöbəsinin fəallarına 30 sutka həbs verilib [Yenilənib]


Şəkidə "Xədicəni azad et!" şüarı (Foto azadliq.info saytından götürülüb)

Şəkidə "Xədicəni azad et!" şüarı (Foto azadliq.info saytından götürülüb)

Şəki rayon Məhkəməsi yanvarın 15-də polis tərəfindən saxlanan AXCP Şəki rayon şöbəsi sədrinin müavini Mübariz Abdulkərimov və AXCP Ali Məclisinin üzvü Əli Abdullayevin hər birinə inzibati qaydada 30 sutka həbs verib.

***

Yanvarın 15-də polis tərəfindən saxlanan AXCP Şəki rayon şöbəsi sədrinin müavini Mübariz Abdulkərimov və AXCP Ali Məclisinin üzvü Əli Abdullayev Şəki rayon Məhkəməsinə gətirilib. Digər fəal, AXCP Şəki rayon şöbəsinin sədri Rauf Abdulrəhmanlı azad buraxılıb.

Rauf Abdulrəhmanlı Amerikanın Səsinə bildirib ki, Əli Abdullayevə qarşı İnzibati Xətalar Məcəlləsinin 310-cu (Polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaq), Mübariz Abdulkərimova qarşı isə İnzibati Xətalar Məcəlləsinin 296-cı (Xırda xuliqanlıq) maddəsi ilə itiham irəli sürülüb.

Fəallar jurnalist Xədicə İsmayıla dəstək məqsədilə Şəki şəhərində dayanacaqlara, dövlət idarələri və bələdiyyə binalarına Azərbaycan və İngilis dillərində “Xədicəni azad et!” yazılmış plakatlar yapışdırıldıqdan buir gün sonra saxlanıb.

***

Jurnalist Xədicə İsmayıla dəstək məqsədilə Şəki şəhərində dayanacaqlara, dövlət idarələri və bələdiyyə binalarına Azərbaycan və ingilis dillərində “Xədicəni azad et!” yazılmış plakatlar yapışdırılıb.

AXCP Şəki rayon şöbəsindən Amerikanın Səsinə bildiriblər ki, plakatlar yapışdırıldıqdan bir güen sonra, - yanvarın 15-də AXCP Şəki rayon şöbəsinin sədrinin müavini Mubariz Abdulkərimov, AXCP Ali Məclisinin üzvü Əli Abdullayev polis tərəfindən saxlanıb. Sonradan isə AXCP Şəki şöbəsinin sədri Rauf Abdulrəhmanlı polisə aparılıb.

Yerli polis hələ saxlanmanın səbəbləri haqda məlumat vermir.

XS
SM
MD
LG