Accessibility links

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Şəki rayon (Bakıdan 352 kilometr şimal-qərb) şöbəsinin fəalları Yusif Lətifov və Məmməd Balaməmmədov yanvarın 14-də axşam saatlarında həbs edilib. Bu barədə Amerikanın Səsinə AXCP-dən bildiriblər.

Şəki Rayon Məhkəməsinin qərarı ilə Yusif Lətifova İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi (polisə müqavimət) ilə 20, Məmməd Balaməmmədova isə 296-cı maddə (ünvansız söyüş) ilə 10 sutka həbs cəzası verilib.

“Azərbaycan hakimiyyəti xalq etirazlarından təşvişə düşüb. Təəssüf ki, hakimiyyət bu dəfə də vəziyyətdən çıxış yolu kimi AXCP fəallarına qarşı repressiya yolunu seçib”, deyə AXCP bildirir.

XS
SM
MD
LG