Accessibility links

Yanvarın 15-də Azərbaycan Xalq Cəbhəsi (AXCP) Şirvan şəhər (Bakıdan 131 kilometr cənub-qərb) şöbəsinin fəalı Şahin Əlizadəyə İnzibati Xətalar Məcəlləsinin 310.1-ci (Polisin qanuni tələblərinə qəsdən tabe olmamaq) maddəsi ilə 30 sutka həbsə məhkum edilib. Bu barədə Amerikanın Səsinə AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib.

O, AXCP fəalının həbsini siyasi repressiyanın tərkib hissəsi kimi qiymətləndirib.

“Ölkənin bir çox regionlarında insanlar küçələrə axışaraq dərinləşən böhranın qarşısını almağı tələb edir, qiymət artımına, işsizliyə etiraz edir. Hakimiyyət isə xalqın tələbini yerinə yetirmək əvəzinə, etirazları bəhanə edərək AXCP-yə qarşı repressiyaları gücləndirir. Son bir neçə gündə partiya fəallarının həbslərinin sayı günbəgün artır”, Bayramlı qeyd edib.

XS
SM
MD
LG