Accessibility links

Avqustun 15-də vəkil Natiq Cəfərli ilə görüşməlidir.

Bu barədə onun hüquqi nümayəndəsi Rəsul Cəfərov Turan İnformasiya Agentliyinə bildirib.

R. Cəfərov deyib ki, artıq həbslə əlaqədar xarici diplomatik nümayəndəliklər məlumatlandırılıb.

Avqustun 15-də REAL Hərəkatının üzvləri Böyük Britaniya səfiri ilə görüşməlidirlər.

R. Cəfərov qeyd edib ki, N. Cəfərlinin evində axtarış zamanı onun və övladlarının texniki ləvazimatları, noutbuklar, zinət əşyaları, evin sənədləri götürülüb.

Halbuki ev N. Cəfərlinin adında deyil.

Avqustun 12-si gecə saatlarında Nəsimi Rayon Məhkəməsi REAL Hərəkatının həmtəsisçisi Natiq Cəfərli barəsində 4 ay həbs-qətimkan tədbiri seçib.

Natiq Cəfərliyə Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə - bu əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

REAL hərəkatı bəyanat verərək həbsi siyasi sifariş sayıb. Bəyanatda qeyd edilib ki, bu sifariş dövlət başçısından gəlib.

XS
SM
MD
LG