Accessibility links

Qızlar geyimləri ilə bağlı irad tutan axundu əzişdirib

İranın Şəhmirzad şəhərinin polisi axund Seyid Əli Behiştini döyən qızları axtarır.

Döyülmə hadisəsi haqda məlumat mediada bu həftə yayılıb.
Simnan əyalətinin Şəhmirzad şəhərində iki qız onların geyiminə irad tutan cümə məscidinin axundu Seyid Əli Behiştini təpik altına salaraq döyüb. Az sonra məsciddə huşunu itirən axund xəstəxanaya qoyulub.

“Media forum” saytının məlumatına görə, Seyid Əli Behişti jurnalistlərə açıqlamasında hadisəni belə təsvir edib: “Namaz qılmaq üçün məscidə gedirdim. Qarşıdan iki gənc qız gəlirdi. Onlardan birinin hicabı qənaətbəxş olmadığından xəbərdarlıq edib dedim ki, xanım, bir az örtülü geyin, hicabına riayət elə. Gözləmədiyim bir halda qayıdıb dedi ki, sən gözlərini yum, baxma. Onun bu sözü mənə çox ağır gəldi. Bərk narahat olub yenidən ona xəbərdarlıq etdim, ondan hicab qaydasına riayət etməsini istədim.

Lakin onlar məni təhqir edib qışqıra-qışqıra üstümə gəldilər. Məni itələyib yerə yıxdılar, kürəyimdən, böyrümdən xeyli təpiklədilər. Sonra çıxıb getdilər. Mən ağrılar içində camaat namazına rəhbərlik etdim. Amma birdən-birə məsciddə huşumu itirdim. Gözlərimi açanda xəstəxanada olduğumu öyrəndim”.
XS
SM
MD
LG