Accessibility links

Amerika astronavtlarının Aya enməsinin 45 ili tamam olur


Moon Anniversary

Moon Anniversary

1969-cu il iyulun 20-də tarixdə ilk dəfə olaraq insanın Aya qədəm qoymasından 45 il keçir.

Aya qədəm qoymuş ilk insan olan Amerika astronavtı Nil Armstronq “insan üçün kiçik bir addım, bəşəriyyət üçünsə böyük bir sıçrayış” sözlərini demişdi. Bir neçə dəqiqə sonra onunla kosmik missiyanı yerinə yetirən daha bir amerikalı astronavt Edvin Aldrin də Aya qədəm qoymuşdu.

1969-cu ildə Birləşmiş Ştatlarda Veytnam müharibəsi ilə bağlı fikir ayrılıqlarının artdığı, vətəndaş hüquqları uğrunda mübarizənin getdiyi, ölkənin hələ də Martin Lüter Kinqin və prezidentliyə namizəd Robert Kennedinin qətllərinin təsiri altında olduğu bir çətin durum mövcud idi. Lakin bu, iyul ayında Apollo 11 missiyasının Aya tarixi enişinə mane olmadı.

NASA insanın Aya ilk enişini dünyada bir milyarddan artıq adamın televiziya vasitəsilə izlədiyini təxin edir.

Amerika astonavtları bundan sonra Aya bir neçə dəfə kosmik missiya təşkil edib, lakin 1972-ci ildən sonra Aya bir daha insan ayağı dəyməyib.

XS
SM
MD
LG