Accessibility links

Türkiyə və İranın ortaq serialı - İstanbuldan Təbrizə bir eşq hekayəsi


Cəlil Əsgəri, Fəranək Bastanfər və Kaan Urgancıoğlu
Cəlil Əsgəri, Fəranək Bastanfər və Kaan Urgancıoğlu

Türkiyə və İranın ortaq layihəsi Ayatay serialının mövzusu güneylə bağlıdır

İran və Türkiyə Birinci Dünya Müharibəsi dönəmi İran Azərbaycanında baş verən olaylar və “şöhrəti İstanbuldan Təbrizə qədər yayılmış bir eşq hekayəsini” təsvir edən Ayatay adlı teleserial çəkir.

Fars xəbər agentliyinə istinadən, İran və Türkiyənin ortaq layihəsinin hazırlıq işləri tamamlanıb və Ayatay teleserialın çəkilişi 2015 mart ayında başlayacaq.

Mehr xəbər agentliyi teleserialın prodüsseri Cəlil Əsgərinin bundan öncə də Türkiyə şirkətləri ilə müştərək layihələr həyata keçirdiyini bildirib.

Əsgəri layihə üçün rəsmi icazənin uzun müddət öncə alındığını, ancaq bəzi problemlər və müxalifətlər üzündən hazırlıq işlərinin uzandığını söyləyib. O, Ayatay layihəsində İslami Mədəniyyət və İrşad Nazirliyinin Şərqi Azərbaycan şöbəsi və Təbriz Bələdiyyəsindən dəstək aldığını dilə gətirib.

“Ayatay Birinci Dünya Müharibəsi zamanı Azərbaycan xalqının durumuna nəzər salaraq, Azərbaycanın qan və barıt qoxusu ilə əhatə edildiyi bir dönəmdə şöhrəti İstanbuldan Təbrizə qədər yayılmış və bir əsr keçdikdən sonra hələ də yaddaşlardan silinməmiş bir eşq hekayəsini təsvir edəcək,” deyə prodüsserin sözləri Mehrdə əks olunub.

Teleserialın rejissoru Hüseyn Pursəttar, əsas oyunçuları isə Türkiyədən Kaan Urgancıoğlu və İrandan Fəranək Bastanfərdir. Çəkilişlər Türkiyə, İran Azərbaycanı və Azərbaycan Respublikasında aparılacaq.

Mehrin yazdığına görə, layihənin türkiyəli şəriki Aslı İslamoğlu film şirkətidir və serial Türkiyənin Show TV kanalından yayımlacaq. 24 bölümdə hazırlanacaq Ayatayın yayımı İranda disklər şəklində olacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG