Accessibility links

Ayaz Mütəllibov: Mən hazırki hökumətin düşməni deyiləm


Ayaz Mütəllibov: Mən hazırki hökumətin düşməni deyiləm
Ayaz Mütəllibov: Mən hazırki hökumətin düşməni deyiləm

Ayaz Mütəllibov 1991-1992-ci illərdə müstəqil Azərbaycanın ilk prezidenti olub. O, Xalq Cəbhəsi tərəfindən devrilib, bundan sonra Moskvada mühacirətdə yaşayıb. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Mütəllibovun təqibinə son qoyulmayıb. Bakı uzun müddət və israrla Mütəllibovun təhvil verilməsinə çalışıb.

Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov ümid edir ki, ona qarşı illər əvvəl irəli sürülmüş cinayət ittihamları ilə bağlı problem aradan qalxacaq. Bu barədə o, Turana müsahibəsində bildirib.
“Mən ölkəm və onun xalqı üçün faydalı olmaq istəyirəm və hər zaman bu barədə düşünmüşəm və buna çalışmışam. Necə olacağını bilmirəm, amma hesab edirəm ki, Xalq Cəbhəsinin hakimiyyəti dövründə mənə qarşı irəli sürülmüş ittihamlarla bağlı hüquqi məsələləri həll etmək imkanı var”, deyə Mütəllibov bildirib.
“Mən hazırki hökumətin düşməni deyiləm, mən normal insanam, buna görə son illər ölkədə baş verən əsaslı müsbət dəyişiklikləri etiraf etməyə bilmərəm. Şəhərdə gəzirəm və bütün bunları gözlərimlə görürəm”, deyə Mütəllibov qeyd edib.
Heydər Əliyevin qəbrini ziyarət etməyinizi və gül qoymağınızı nə ilə izah etmək olar? Bu suala cavabda Mütəllibov deyib ki, onun taleyində böyük rolu olan Heydər Əliyevin xidmətlərini hər zaman etiraf edib. “Bu, normal, insani addımdır və onu siyasiləşdirmək lazım deyil”, deyə Mütəllibov vurğulayıb.
“Mən ölkə rəhbərliyinə bu çətin anda mənə güzəşt etdiyi üçün ürəkdən minnətdaram (söhbət cinayət təqibinin müvəqqəti dayandırılmasından gedir - red.).
Siyasi gələcəyinə toxunan Mütəllibov ən ağır dövrün geridə qaldığına və özünü bütün Azərbaycan cəmiyyəti qarşısında duran mühüm məsələlərin həllinə həsr edə biləcəyinə ümid etdiyini deyib.
Ayaz Mütəllibov 1991-1992-ci illərdə müstəqil Azərbaycanın ilk prezidenti olub. O, Xalq Cəbhəsi tərəfindən devrilib, bundan sonra Moskvada mühacirətdə yaşayıb. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Mütəllibovun təqibinə son qoyulmayıb və Bakı uzun müddət və israrla Mütəllibovun təhvil verilməsinə çalışıb. Rəsmi KİV-lərdə Mütəllibovu 1990-cı il yanvar faciəsinin və 1992-ci ilin fevralında Xocalı şəhərinin təslim edilməsinin günahkarlarından biri adlandırırdılar.
Ona qarşı bir neçə cinayət ittihamı var.

XS
SM
MD
LG