Accessibility links

Beynəlxalq Ana Dili Günü tutulan güneyli fəalın iş yeri möhürlənib


Aydın Zakiri
Aydın Zakiri

Hüquq müdafiəçiləri fəalların ailələrinin də təhdid edildiyini bildirir

Azərbaycan veb səhifələrinin yaydığı məlumata görə, Beynəlxalq Ana Dili Günü ərəfəsindən etibarən güneyli dil haqları müdafiəçilərinə qarşı təzyiqlər və təhdidlər hələ də davam etməkdədir. Hüquq müdafiəçiləri fəalların ailələrinin də təhdid edildiyini bildirir.

Oyan News veb səhifəsinə istinadən, Ərdəbil vilayətinin Xiyav şəhərində nəzarət altına alınan Aydın Zakirinin xalçayuma şirkəti müvafiq dövlət orqanı tərəfindən möhürlənib.

Aydın Zakiri və digər güneyli fəal Fərdin Novbəxt fevralın 21-də Xiyavın yaxınlığında Qaradərviş kəndində həbs ediliblər.

Hər iki fəal ötən illərdə də fəaliyyətləri üzündən həbs və mühakiməyə məruz qalıb.

Günaz TV saytı isə bəzi digər fəallar və ailələrinin iş yerlərinin bağlanacağına dair təhdidlər aldığını qeyd edir.

“Təhlüksizlik məmurları milli fəal Purya İsmayıloğlunun evinə müraciət edərək ailəsindən övladlarının fəaliyyətləri və tanınmış fəal Abbas Lisani ilə əlaqəsinə mane olmaqlarını istəyiblər. Məmurlar İsmayıloğlu ailəsini iş yerlərini bağlamaqla təhdid ediblər,” deyə Güney Azərbaycan Televiziyası bildirib.

XS
SM
MD
LG