Accessibility links

Ayət Mehrəlibəyli siyasi fəalları İrandan çıxarmaq ittihamı ilə həbs edilib


Ayət Mehrəlibəyli siyasi fəalları İrandan çıxarmaq ittihamı ilə həbs edilib
Ayət Mehrəlibəyli siyasi fəalları İrandan çıxarmaq ittihamı ilə həbs edilib

Ayət Mehrəlibəyli məhkəmədə deyib ki, hakim Sinafərin əlində ittihamı təsdiq edəcək heç bir dəlil yoxdur və sadəcə, ETTELAAT idarəsinin hazırladığı hesabatlara əsasən bu hökmü verib. O, İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəddə yerləşən Culfa şəhərindəndir. Mehrəlibəyli 2009-cu il Mayın 10-da da tutulub və Təbrizin ETTELAAT idarəsində 9 ay bir nəfərlik kamerada saxlanıb və istintaqa çəkilib.

Azərbaycanlı siyasi-mədəni fəal Ayət Mehrəlibəyli, bir siyasi fəalı gizlətmək və digər bir siyasi fəalın İrandan qaçmasına kömək etmək ittihamları ilə bir il həbs cəzasına məhkum edilib. Təbriz Post saytının xəbərinə görə, Təbrizin ümumi məhkəməsinin 114-cü şöbəsi ona bu ittihamı oxuyub və həbs cəzası verib.

Güney Azərbaycan Xəbər Mərkəzi yazır ki, məhkəmənin verdiyi qərara əsasən, Ayət Mehrəlibəyli Hadi Musəvini gizlətmək və Səccad Radmehrinin İrandan qaçmasına kömək ittihamlarına əsasən bir il azadlıdan məhrumetmə cəzası alıb. Ayət Mehrəlibəyli məhkəmədə deyib ki, hakim Sinafərin əlində ittihamı təsdiq edəcək heç bir dəlil yoxdur və sadəcə, ETTELAAT idarəsinin hazırladığı hesabatlara əsasən bu hökmü verib.

Ayət Mehrəlibəyli, İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəddə yerləşən Culfa şəhərindəndir. O, 2009-cu il Mayın 10-da tutulub və Təbrizin ETTELAAT idarəsində 9 ay bir nəfərlik kamerada saxlanıb və istintaqa çəkilib.

Ümumi məhkəmənin onun barəsindəki qərarı Təbrizin İnqilab Məhkəməsinin 12 siyasi fəala bəraət verməsindən əvvələ təsadüf edir. Onlara qarşı "GAMOH-un mərkəzi komitəsinin üzvü olmaq, milli təhlükəsizlik əleyhinə fəaliyyət, nizamın ziddinə təbliğat, nizamın ziddinə mütəşəkkil fəaliyyət və casusluq" kimi ittihamlar irəli sürülmüşdü. İttihamlara məruz qalanlardan bir neçəsi Ayət Mehrəlibəylinin ailə üzvləri idilər.

XS
SM
MD
LG