Accessibility links

Ayman Əl-Zəvahiri Əl-Qaidə şəbəkəsinə rəhbər seçildi (Yenilənib)


Ayman Əl-Zəvahiri Əl-Qaidə şəbəkəsinə rəhbər seçildi (Yenilənib)

Ayman Əl-Zəvahiri Əl-Qaidə şəbəkəsinə rəhbər seçildi (Yenilənib)

Əl-Qaidə Üsama Bin Ladenin yerinə Misirdə anadan olmuş Ayman Əl-Zəvahirini terror şəbəkəsinə rəhbər təyin edib. Əl-Qaidə bu xəbəri İslamçıların Veb səhifəsində açıqlayıb. Qrup Birləşmiş Ştatlar və İsraili “kafir işğalçılar” adlandıraraq, onlara qarşı mübarizəni davam etdirəcəyinə and içib. Əl-Qaidə deyib ki, işğalçılar İslam torpaqlarından çəkilməyincə mübarizə davam edəcək. Ayman Əl-Zəvahirinin dağlarda, Əfqanıstanla Pakistanın sərhəd bölgəsində fəaliyyət göstərdiyi guman edilir.

Cərrah, 60 yaşı gələn həftə tamam olacaq Zəvahiri uzun müddət Bin Ladenin müavini olub. Terrorçuluq üzrə ekpertlər onun Əl-Qaidənin strateji və təşkilatçılıq işlərində əsas rol oynadığını deyirlər. Təhlilçilərin çoxu Üsama Bin Ladenin keçən ay Pakistanda qətlə yetirilməsindən sonra təşkilata rəhbərliyin Əl-Zəvahiriyə həvalə ediləcəyini güman edirdi.

XS
SM
MD
LG