Accessibility links

Jurnalist barəsində başladılan vergi yoxlaması başa çatıb


Aynur Elgünəş
Aynur Elgünəş

Bu haqda Aynur Elgünəş Facebook səhifəsində yazıb

Jurnalist Aynur Elgünəş barəsində başladılan vergi yoxlaması başa çatıb.

Bakı Vergilər Departamenti jurnalistin vergidən yayınmadığı qənaətinə gəlib.

Bu haqda Aynur Elgünəş Facebook səhifəsində yazıb.

Jurnalistin sözlərinə görə, vergi qurumu bununla bağlı onu məlumatlandırıb. Onun 2012-15-ci illər üzrə gəlirləri araşdırılıb.

Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə dəvət olunan jurnalist bütün zəruri sənədləri vergi qurumuna təqdim edib.

Aynur Elgünəşin ölkədən çıxış hüququna qoyulan məhdudiyyət Meydan TV-nin vəzifəli şəxsləri haqda cinayət işi başlanması ilə əsaslandırılıb.

Aynur Elgünəş vergi yoxlaması zamanı hər hansı qanun pozuntusunun aşkarlanmaması səbəbindən tezliklə ölkədən çıxışına qoyulan yasağın da qaldırılacağına ümid edir.

Meydan TV ilə əməkdaşlıq edən daha bir neçə jurnalistin ölkədən çıxışı yasaqlanıb.

Müstəqil onlayn televiziyası olan Meydan TV 2013-cü ildən fəaliyyət göstərir. 2014-cü ildə televiziyanın Bakı ofisi bağlanıb

Bununla yanaşı, Bakı Apellyasiya Məhkəməsi jurnalist Sevinc Vaqifqızının ölkədən çıxışına qadağa ilə bağlı şikayətini təmin etməyib.

Jurnalistin vəkili Şəhla Hümbətova bildirib ki, məhkəmədə Baş Prokurorluğun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Əli Babayev qadağanın “Meydan” TV-nin rəhbərliyinə qarşı cinayət işi ilə əlaqədar olduğunu və jurnalist bu iş üzrə şahid kimi keçdiyini deyib.

Vəkil bildirib ki, şahidə qadağa qoyulması qanunsuzdur.

XS
SM
MD
LG