Accessibility links

Xarici və yerli QHT-lərə qarşı cinayət işi - jurnalistin bank hesabına həbs qoyulub [Audio-müsahibə]


Aynur Imranova

Aynur Imranova

Araşdırmaçı jurnalist Aynur İmranova ilə müsahibə

Araşdırmaçı jurnalist Aynur İmranovanın Beynəlxalq Bankdakı hesablarına Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs qoyulub.Bu barədə Aynur İmranova Amerikanın Səsinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində bir sıra yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətində aşkar olunmuş qanun pozuntuları faktı üzrə Cinayət Məcəlləsinin 308.1(vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə cinayət işi başlanıb.

Danimarka Krallığının “İnternational Media Support” təşkilatından İmranovayanın hesabına köçürülmüş 1683 avro məbləğində pulu verməyiblər. İstintaq bunu həmin məbləğin sözügedən cinayət işinin predmeti ola biləcəyi ilə əsaslandırır.
Jurnalist nə bu cinayət işindən, ümumiyyətlə baş verənlərdən xəbərdar deyil.

“Həmin pul sadəcə bir araşdırma yazısına görə aldığım qonorardır və araşdırmanın mövzusu Rusiyadan deportasiya olunan azərbaycanlılarla bağlıdır. Yəni məsələnin nə yerdə oldğunu bilmirəm”, o qeyd edib.

Jurnalist bildirib ki, bu iş üzrə nə zərərçəkən, nə də şahiddir.

Aynur İmranova istintaq orqanının əməllərindən məhkəməyə müraciət edəcəyini bildirib.

Məsələ ilə bağlı Respublika Baş Prokurorluğundan şərh almaq mümkün olmayıb.
XS
SM
MD
LG