Accessibility links

Aynur İmranova: Hər gün 8 saatadək dndirilmək əzabdır


Aynur Imranova

Aynur Imranova

Jurnalist Xədicə İsmayıl dekabrın 6-da həbs edildikdən sonra ötən ilin sonundasdək demək olar ki, hər gün məni şahid qismində istintaqa dəvət ediblər. Növbə ilə bir gün Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində, digər gün isə Bakı şəhər Prokurorluğunda ifadə vermişəm. Bu barədə jurnalist Aynur İmranova Amerikanın Səsinə bildirib.

Araşdırmaçı jurnalist Xədicə İsmayıl dekabrın 6-da həbs edilib. O Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə təqsirli bilinir. Xədicə Ismayıl ittihamı rədd edib, həbsinin qanunsuz olduğunu bildirib. O Amnesty İnternational tərəfindən “vicdan məhbusu” elan edilib.

Aynur İmranova 2015-ci il başlayandan isə Bakı şəhər Prokurorluğunda 7 dəfə ifadə verdiyini deyib.

“Hər gün orta hesabla 8 saatadək şahid qismində ifadə alırlar. Son dörd gündə dindirmə zamanı iki dəfə səhhətimdə problemlər yaranıb. Həkim qan təzyiqimin 200-160 olduğnu deyib və beynimə qan sızma ehtimalı ilə bağlı məni xəbərdar edib. Bu barədə istintaqa deməyimə baxmayaraq bu gün yenidən dindirməyə dəvət ediblər”, o qeyd edib.

Jurnalist dindirmə zamanı təzyiqə məruz qalmadığını bildirib. “Amma hər gün 8 saatadək davamlı olaraq dindirilmə əzabdır” , o qeyd edib.

XS
SM
MD
LG