Accessibility links

Aynur İmranova: Hərəkət azadlığımın pozulmasınıa son qoyulmasını tələb edirəm


Aynur İmranova (Foto Aynur İmranovanın Facebook səhifəsindən götürülüb)

Aynur İmranova (Foto Aynur İmranovanın Facebook səhifəsindən götürülüb)

Artıq bir ildən çoxdur ki, qeyri hökumət təşkilatım (QHT) olmadığı halda mən QHT işinə görə bank hesablarımdan istifadə edə bilmirəm. 8 aydır ki, ölkədən çıxışım bağlıdır. Dəfələrlə müracitə etmişəm, amma Baş Prokurorluq sorğularıma sadəcə məktubunuzu aldıq, sizə məlumat veriləcək cavabı verir. Bu barədə jurnalist Aynur İmranova Amerikanın Səsinə bildirib.

“8 aydır biz Baş Prokurorluqla məktublaşırıq. Məhkəməyə müraciət etmişəm, qarşı tərəf məhkəməyə hüquqşünas göndərmir. Məhkəmə sisteminə bu qədər hörmətsizlik edir Baş Prokurorluq. Bu mənə qarşı təzyiqdir. Həm də jurnalist fəaliyyətimlə əlaqəli sifaişli təzyiq.”, deyə o qedy edib.

Jurnalist ölkədən xaricə buraxılmamasını araşdırma yazdığı oliqarxların sifarişi ilə edildiyini güman edir.

“Prezident Administrasiyasına yazıram, gedirəm məktub müstəntiqə göndərilib. O da lağ edirmişcəsinə, kimə yazırsan yaz bura gəlib cıxacaq kimi meydan oxuyur. Mənim vətəndaş kimi hərəkət azadlığımın pozulmasınıa son qoyulmasını tələb edirəm, dünya ictimaiyyətini, beynəlxalq jurnalist təşkilatlarını bu məsələylə bağlı etiraz etməyə çağırıram. Mən öz ölkəmdə ədalət və dəstək tapa bilmirəm, beynəlxalq təşkilatlar mənim pozulan hüquqlarımın bərpasında mənə kömək eləsinlər. Məni oğlumla hədələyirlər. Oğlun bir ildən sonra əsgər gedəcək. Bu hökümətin bir jurnalistə, bir orduda həlak olmuş zabit ailəsinə hörməti, qoyduqu qiymət budur”, o qeyd edir.

İmranova xəstədir və xaricdə bein əməliyyatı keeçiməlidir. Jurnalist əməliyyat üçün vəsait tapa bilmir. Digər tərəfdən isə ölkədən xaricə buraxılmır.

“Dörd aydır ölkədən çıxışıma qoyulan qadağanın aradan qaldırlması üçün məhkəməyə müraciət etmişəm. Baş Prokurorluq bir dəfə də məhkəməyə öz nümayəndəsini göndərməyib. Dəfələrlə özümüz və vəkilim Baş Prokurorluğa sorğu göndərmişik. Cavab verirlər ki,"məktubunuz işinizə əlavə olundu, baxılıb sizə məlumat veriləcək", məlumat isə verilmir”, jurnalist qeyd edir.

Aynur İmranovanın Baş Prokurorluqla bağlı iddialarına bu qurumdan şərh almaq hələ mümkün olmayıb.

XS
SM
MD
LG