Accessibility links

Jurnalistin kassasiya şikayəti təmin edilməyib


Aynur İmranova (Foto Aynur İmranovanın Facebook səhifəsindən götürülüb)

Aynur İmranova (Foto Aynur İmranovanın Facebook səhifəsindən götürülüb)

Azərbaycan Ali Məhkəməsi araşdırmaçı jurnalist Aynur İmranovanın ölkədən çıxışına qoyulmuş məhdudiyyətlə bağlı kassasiya şikayətini təmin etməyib.

Jurnalistin ölkədən çıxışına 2013-cü ilin aprel ayında QHT-lərə açılan cinayət işi çərçivəsində məhdudiyyət qoyulub.

Vəkil Yalçın İmanov bildirib ki, baxmayaraq A.İmranova həmin iş üzrə şahid qismində dindirilib, ancaq cinayət prosessual qanunvericliyinin tələbinə zidd olaraq onun ölkədən çıxışı məhdudlaşdırılıb.

Jurnalist əvvəlcə məhkəmə nəzarəti qaydasında Nəsimi rayon Məhkəməsinə müraciət edib, ancaq onun şikayəti icraata götürülməyib. Bakı Apellyasiya Məhkəməsi qərardan verilmiş şikayəti təmin etməyib.

Daha sonra İmranova “ölkədən getmək hüququnun məhdudlaşdırılmasının qanunsuz hesab edilməsi və həmin məhdudiyyətin aradan götürülməsinə dair” iddia ərizəsi ilə Azərbaycan Baş Prokurorluğuna qarşı 1 saylı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Həmin iş üzrə üçüncü şəxs qismində Dövlət Sərhəd Xidməti də cəlb olunub.

Altı ay davam edən məhkəmənin nəticəsində onun iddiası mümkünsüz sayılıb. Bu qərardan verilən şikayəti də Bakı Apellyasiya Məhkəməsi təmin etməyib.

İmranova Amerikanın Səsinə bildirib ki, Ali Məhkəmənin qərarını əldə etdikdən sonra Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək.

Show comments

XS
SM
MD
LG