Accessibility links

Ayovada seçkilər bitdi, növbə Nyu Hempşirdədir [Video]


Ayovada ABŞ prezident yarışının ilkin seçkiləri baş tutdu. İndi isə həm namizədlər həm də seçicilər artıq növbəti praymerini gözləyir.

Qərbi De Moin şəhərində yaşayan Uilliams ailəsi üçün kokus gecəsi yol ayırıcı idi.

Bu gün bütün günü Tramp və Kruz barədə çox danışıldı. Amma arxa planda Rubioya dəsəyin artdığını müşahidə etmək mümkün idi.

Eyli və yoldaşı Valley Kilsəsinfdə keçirilən kokusun fəqrli hissələrində yer aldı. Yəni biri Demokratlar tərəfində, biri isə Respublikaçıların.

Ailə üçün ən çətin qərar kimə səs verəcəkləri deyil, uşaqların kokusu kiminlə keçirəcəkləri idi.

Gecənin qalibi ata oldu, çünki o, floridalı senator Marko Rubioya səs verdiyi zaman oğlanlar da Respublikaçılar tərəfində yer aldı. Ana isə otağın digər tərəfində sabiq dövlət katibi demokrat Hillari Klintona səs verdi.

Uilliams ailəsi ilk dəfə idi ki, kokusda iştirak edirdi. Donald Trampın oğlu Donald Tramp oğul üçün də bu, yenilik olub.

“Burada çox insan kokusda ilk dəfə ya da son 10, 20, 30 ildə ilk dəfə iştirak etdiyi deyir və çoxu da bunu atama səs verə bilmək üçün edir.”

Ted Kruz qələbə çaldıqdan sonra xanımı öpür

Ted Kruz qələbə çaldıqdan sonra xanımı öpür

Qərbi De Moin şəhərinin respublikaşı kokusunun təşkilatçıları sadəcə 350 seçicinin iştirak edəcəyini gözləyirdi. Amma bütün səslər hesablandıqdan sonra kokusda 460 nəfərin iştirak etdiyi məlum oldu, yəni seçici fəallığı gözlənildiyindən yüksək idi.

Respublikaçılar ştat üzrə rekord vurdu.

Uilliamslar isə kokusda səs verməyə son anda qərar verib və onun bu qərarı Rubioya səs qazanmağa yardım edib.

“Mən gəldiyim üçün özümü çox yaxşı hiss edirəm. Məncə Rubionun şansı çox deyildi. Ona görə də, bu cür nəticə gələcək aylarda onun üçün yaxşı göstəricidir.”

“Bu gün bütün günü Tramp və Kruz barədə çox danışıldı. Amma arxa planda Rubioya dəsəyin artdığını müşahidə etmək mümkün idi.”

Bu, qüvvədən salma mübarizəsidir. Sən sadəcə qüvvədən düşmədən davam etməlisən və mənim atam üçün bu, problem deyil. Onun enerjisi və bu işə həvəsi inanılmaz dərəcədə yüksəkdir.

“Bu, qüvvədən salma mübarizəsidir. Sən sadəcə qüvvədən düşmədən davam etməlisən və mənim atam üçün bu, problem deyil. Onun enerjisi və bu işə həvəsi inanılmaz dərəcədə yüksəkdir.”

Donald Trampın rəy sorğularında öndə getməsi onun qalibiyyətinə səbəb olmasa da, oğlu onun Nyu Hempşir və Cənubi Karolina da qalib gələcəyinə və sonunda vahid namizəd olacağına inanır.

Uilliams ailəsi isə noybarda keçiriləcək ümummilli seçkilərdə yenidən Rubio və Klintona səs verə biləcəklərinə ümid edir. Ayova kokusunda məyusedici nəticələr əldə edən bəzi namizədlər isə artıq namizədliklərini geri çəkir.

XS
SM
MD
LG