Accessibility links

Ayovada Respublikaçıların ilkin seçkiləri keçirilir

  • Amerikanın səsi

Ayovada Respublikaçıların ilkin seçkiləri keçirilir

Ayovada Respublikaçıların ilkin seçkiləri keçirilir

ABŞ-ın mərkəzi ştatı Ayova boyunca Respublikaçı seçicilər bu gün kilsələrdə, məktəblərdə və başqa görüş yerlərində bir araya gələrək partiyanın prezident seçkilərinə namizədini müəyyənləşdirmək üçün səs verəcəklər.

Ayovadakı ilkin seçkilərdə qələbə namizədin kimliyini müəyyənləşdirmir, amma siyasi uğurun başlanğıcı üçün böyük əhəmiyyət kəsb edə bilər.

Rəy sorğuları göstərr ki, prezident Barak Obamanın hakimiyyətinə son qoymaq uğrunda yarışda sabiq Massaçusets qubernatoru Mitt Romni Ayovada başqa Respublikaçı iddialıları üstələyir.

Nümayiş zamanı Romni prezidentin xarici və daxili siyasətini tənqid edib.

“Biz imkanlar ölkəsiyik. Prezident isə bizi Avropa stilli sosial müavinət dövlətinə çevirmək istəyir. Bu model heç harda müvəffəq olmayıb,” deyə cənab Romni bildirib.

Romninin rəqibi, sabiq konqresmen Nyut Gingriç Ayova seçicilərinin mühafizəkar liderlərə üstünlkü verdiyini deyib.

Ayova kokosundan əvvəl keçirilmiş rəy sorğuları ikinci yerdə sabit dəstəyə malik olan libertar Ron Polun getdiyini göstərir.

XS
SM
MD
LG