Accessibility links

Əli Xamneyi: Qərbin sanksiyaları Tehranın inkişaflarına mane olmur

  • Amerikanın səsi

İranın ali ruhani lideri Ayətulla Əli Xamneyi Qərbin ölkəsinə qarşı sanksiyalarının Tehranın inkişaflarına mane olmadığını, lakin İran xalqının ürəyindəki nifrəti artırdığını deyib. İslam Respublikasının banısı Ayətulla Ruhullah Xomeyninin vəfatının 23-cü ildönümü mərasimində danışan Xamneyi bildirib ki, ABŞ və onun müttəfiqləri İranın nüvə proqramından öz problemlərini ört-basdır etmək üçün istifadə edir.

Ayətulla Əli Xamneyi mətbuat və siyasətçilərin nüvə proqramının təhlükəsi barədə dediklərinin heç bir əsası olmadığını bildirib.

XS
SM
MD
LG