Accessibility links

Ayətulla Xameneyi İranın danışıqlara hazır olduğunu bildirib


ABŞ-la danışıqlara yalnız Vaşinqton Tehrana qarşı sanksiyalarına və təhdidlərinə son qoyacağı təqdirdə başlaya bilər

İranın ali lideri deyir ki, ölkəsi ABŞ-la danışıqlara yalnız Vaşinqton Tehrana qarşı sanksiyalarına və təhdidlərinə son qoyacağı təqdirdə başlaya bilər. Ayətulla Əli Xamaneyi İranın ali rəsmilərinə bildirdiyinə görə, president Mahmud Əhmədinejad və başqaları İranın nüvə proqramı barədə danışıqlara hazır olduğu barədə dedikləri doğrudur. Onun sözlərinə görə, ancaq ABŞ-la müzakirələr aparılmayacaq. Birləşmiş Ştatlar, Avropa Birliyi və BMT-nin Təhlükəsizlik Şurası İrana uran zənginləşdirməyə on qoymadığına görə yeni daha sərt sanksiyalar tətbiq edib. Beynəlxalq ictimaiyyətin böyük bir hissəsi İranın məqsədinin nüvə silahı əldə etmək olduğundan şübhələnir. Tehran isə bu ittihamları rədd edir.

XS
SM
MD
LG