Accessibility links

Ayətullah Bayat Zəncani: Hakimiyyət legitim olsa, müxaliflərinə böhtan atmaz


Ayətullah Bayat Zəncani: Hakimiyyət legitim olsa, müxaliflərinə böhtan atmaz

Ayətullah Bayat Zəncani: Hakimiyyət legitim olsa, müxaliflərinə böhtan atmaz

Ayətullah Bayat Zəncani ölkədə hökumətin hicaba riayət etməyən gənc qız və xanımlara qarşı təzyiqinə də etiraz bildirib: “Məgər zor gücü ilə, ikrah və məcburiyyətlə insanları dindar etmək olar?

Qum dini dairəsinin nüfuzlu ruhanilərindən biri, əslən azərbaycanlı olan ayətullah Əsədullah Bayat Zəncani kinorejissor Məhəmməd Nurizadın ölkədəki mövcud vəziyyətlə bağlı sualını cavablandırıb.

Məhəmməd Nurizad bundan əvvəl İranın dini lideri ayətullah Əli Xamneyiyə bir neçə dəfə açıq məktub yazıb, dinc müxaliflərə qarşı təzyiq və repressiyalara etiraz bildirdiyinə görə iki dəfə tutulub və mülk girovu qarşılığında azadlığa buraxılıb.

“Media forum” saytının məlumatına görə, ayətullah Bayat Zəncani deyib ki, İranda hakimiyyətə qarşı dinc mübarizə aparanlar “fitnəçi” deyil və onları bu cür adlandırmaq ədalətsizlikdir. “Rəsmilərin apardığı siyasəti və onların əməllərini dinc yolla tənqid edənlərin tutulub zindanlara salınması qanuni sayılmır. İnsanları əqidəsinə görə tutmaq da qanunsuzdur. Nəzərə almaq lazımdır ki, hakimiyyət legitim olsa, müxaliflərinə böhtan atıb onları damğalamağa ehtiyac duymaz.

Ümumiyyətlə islam siyasi sistemində müxaliflər, mövcud vəziyyəti tənqid edənlər üçün zindan nəzərdə tutulmayıb. İslam peyğəmbəri Həzrət Məhəmmədin hakimiyyəti dövründə də müxaliflərin zindana salınması haqda heç bir tutarlı tarixi sənəd yoxdur. O həzrətin dövründə müxaliflər tam sərbəst və azad şəraitdə yaşayırdılar”.

Ayətullah Bayat Zəncani ölkədə hökumətin hicaba riayət etməyən gənc qız və xanımlara qarşı təzyiqinə də etiraz bildirib: “Məgər zor gücü ilə, ikrah və məcburiyyətlə insanları dindar etmək olar? Son vaxtlar hakimiyyətə bağlı qüvvələr vətəndaşların evlərinə girir, müxtəlif bəhanələrlə onları döyüb təhqir edir, ailələrin şəxsi həyatına müdaxilə edir, insanların hüququnu pozurlar. Bu hərəkət nə əxlaq prinsiplərinə uyğundur, nə də şəriət qanunlarına. Sözsüz ki, bu kimi şəxslər və qüvvələr əməllərinə görə cavabdeh olmalıdırlar”.

XS
SM
MD
LG