Accessibility links

Ayətullah Dəstqeyb: Top-tüfəng və tankla xalqı qorxutmağa ehtiyac yoxdur


Ayətullah Dəstqeyb: Top-tüfəng və tankla xalqı qorxutmağa ehtiyac yoxdur

Ayətullah Dəstqeyb: Top-tüfəng və tankla xalqı qorxutmağa ehtiyac yoxdur

Ayətullah Seyid Əli Məhəmməd Dəstqeyb deyib ki, tənqidçilərin məqsədi nifaq salmaq deyil. “Nifaqı cənablar salır. Biz həmişə vəhdətdən danışır, hamının allaha üz çevirməsini istəyirik”.

İran Üləmalar Məclisinin üzvü, islahat tərəfdarı ayətullah Seyid Əli Məhəmməd Dəstqeyb internetdə yerləşdirdiyi yazısında repressiyaları kəskin pisləyib.

“Media forum” saytının məlumatına görə, ayətullah Dəstqeyb İran İslam Respublikasının “yaramaz” insanların əlinə düşə biləcəyi ehtimalından nigaran olduğunu bildirərək deyib ki, bəzi şəxslər bilərəkdən cəmiyyətdə nifaq salmağa çalışırlar: “Bizim məqsədimiz nifaq salmaq deyil. Nifaqı cənablar salır. Biz həmişə vəhdətdən danışır, hamının allaha üz çevirməsini istəyirik. Biz sübhdən axşama qədər öz əməlimizlə çalışmalıyıq ki, allah bizdən razı qalsın, bizə qəzəblənməsin. Vəhdətin mənası budur. İslam ehkamlarına əməl olunsa, vəhdət, əməl olunmasa, ancaq nifaq yaranar.

Mənə deyirsiniz ki, gəl tabe ol. Mən görəndə ki, şəriət və islam ehkamlarına zidd hərəkət edilir, gəlib sizə tabe ola bilmərəm. Axı mən də islamın qanunlarından xəbərdaram. Sizin əməliniz və işiniz düzgün deyil.

Biz deyirik ki, insanlar yaxşı insanlardır. Onlarla məhəbbət və mehribanlıqla davranın. Siz yalnız öz əməlinizlə xalqı özünüzə doğru çəkə bilərsiniz. Top-tüfəng və tankla xalqı qorxutmağa ehtiyac yoxdur. Əməliniz düz olsa, insanların özü sizə doğru üz çevirəcək. Bu inqilab ilk gündən xalqın rəyi əsasında başa gəlib. Xalqı əldən verməyin”.

XS
SM
MD
LG