Accessibility links

Ayətullah Xamneyinin qardaşı Mirhüseyn Musəviyə başsağlığı verib


Ayətullah Xamneyinin qardaşı Mirhüseyn Musəviyə başsağlığı verib
Ayətullah Xamneyinin qardaşı Mirhüseyn Musəviyə başsağlığı verib

Mirhüseyn Musəvinin atası Mirismayıl Musəvi martın 30-da 103 yaşında vəfat edib. Mirismayıl Musəvi ayətullah Əli Xamneyinin uzaq qohumudur.

İran İslam Respublikasının dini rəhbəri ayətullah Əli Xamneyinin islahat tərəfdarı olan qardaşı, keçmiş deputat, Mübariz Ruhanilər Qurumunun üzvü Seyid Hadi Xamneyi müxalif lider Mirhüseyn Musəviyə başsağlığı verib.

Mirhüseyn Musəvinin atası Mirismayıl Musəvi martın 30-da 103 yaşında vəfat edib. Mirismayıl Musəvi ayətullah Əli Xamneyinin uzaq qohumudur.

Mirhüseyn Musəvi iki aya yaxındır xanımı Zəhra Rəhnəvərdlə birlikdə həbsdə saxlanır.

“Media forum” saytının məlumatına görə, Hadi Xamneyinin internetdə yerləşdirdiyi başsağlığı məktubunda deyilir: “Mərhum Mirismayıl Musəvi yüksək əxlaqa malik, əməlisaleh dindar və sadə həyat tərzi sürən bir insan idi. Onun ictimai və dini sahələrdəki əvəzsiz xidmətləri, siyasi məhbuslara dəstək verməsi, alim və dindar bir nəsil yetişdirilməsi uğrunda çəkdiyi zəhmətlər və bu yolda apardığı fəaliyyət danılmazdır. Mən səmimi-qəlbdən mərhumun ailəsinə, o sıradan da cənab Mirhüseyn Musəviyə başsağlığı verir, mərhum Mirismayıl Musəviyə Allahdan rəhmət diləyirəm”.

XS
SM
MD
LG