Accessibility links

Əyyub Quliyev:Azərbaycan musiqisini dünyaya tanıtmaq istəyirəm! [Audio Müsahibə]


Qonağımız beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Opera və Balet Teatrının dirijoru, Bakı Musiqi Akademiyasında dirijorluq ixtisası üzrə baş müəllim Əyyub Quliyevdir.

Eyyub Quliyev: "Azərbyacan musiqisini dünyada tanıtdığıma görə fəxr edirəm"
please wait

No media source currently available

0:00 0:09:23 0:00
Direct link

Əyyub Quliyev son zamanlar maraqlı, rəngarəng, bir musiqiçi kimi inkişafında əhəmiyyətli rol oynayan konsert proqramlarının həyata keçirildiyini deyir. O, 2011-ci ildən bəri çalışdığı Opera və Balet Teatrında Cüzeppe Verdinin “Traviata”, “Trubadur” tamaşaları da daxil edilməklə, müxtəlif tamaşalara dirijorluq etdiyini məlumat verdi.

Cənab Quliyev Şimali Qafqaz Dövlət Filarmoniyası ilə kontrakt imzaladığını və keçən ildən bəri orada da fəliyyət göstərdiyini dedi. Bundan əlavə dirijor keçən il “Türksoy” qurumu ilə birlikdə çox unikal bir layihə üzərində işlədiklərini və görkəmli qazax bəstəkarı Erkalı Raxmadiyevin tanınmış əsərlərindən olan “Alpamız” operasının premyerasının Bakıda keçirilməsinə nail olduqlarını bildirdi. Əyyub müəllim oreranın yazıldığı qazax dilində ifa edildiyini və ifaçıların əsasən Azərbaycan sənətkarlarının olduğunu dedi.

Bundan əlavə Əyyub müəllim bu yaxınlarda şərqdə ilk qadın opera müəllifi Şəfiqə xanım Axundovanın 90 illik yubileyinin təntənəli olaraq keçirildiyini və bəstəkarın “Gəlin qayası” tamaşasının səhnəyə qoyulduğunu bildirdi.

Yaxın günlərdə isə Belarus Dövlət Akademik Musiqili Teatrında dahi bəstəkarımız Fikrət Əmirovun “Min bir gecə” baletinin premyerasında da iştirak etdiyini, tamaşanın anşlaqla keçdiyini və böyük rəğbətlə qarşılandığını dedi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG