Accessibility links

Azərbaycanın vətəndaş cəmiyyəti üzvləri Fransa prezidentinə müraciət etdi


Holland
Holland
Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət böyük bir qrup Fransa prezidenti Fransua Ollandın mayın 11-də Bakıya başlayan səfəri ərəfəsində ona müraciət edib. Müraciətdə Azərbaycan rəhbərliyi ilə danışıqlarda ölkədə insan hüquqlarının pozulması məsələsinin qaldırılmasına çağırış səslənir.

Müraciət müəllifləri - vətəndaş cəmiyyətinin 30 tanınmış fəalı Ollanddan xahiş edir ki, insan haqları probleminin həllində nəzərəçarpacaq irəliləyiş olmasa, jurnalistlərə, hüquq müdafiəçilərinə, siyasi fəallara qarşı təqiblərə, ifadə, birləşmə və dinc toplaşma azadlığının pozulmasına son qoyulmasa, Fransa və Azərbaycan arasında iqtisadiyyat və təhlükəsizlik sahəsində münasibətlərin möhkəmləndirilməsində irəliləyişin mümkün olmayacağını açıq şəkildə bildirsin.

Xatırladılır ki, Azərbaycan mayın 14-də təsisçilərdən birinin Fransa olduğu Avropa Şurası Nazirlər Komitəsində altı ay müddətinə sədrliyə başlayır. Müraciət müəllifləriAzərbaycanda insan hüquqlarına əməl edilməsinin təşviqində Fransanın daha fəal roluna ümid edirlər.
Müəlliflər həmçinin xatırladırlar ki, 2013-cü ilin yanvarında AŞPA Azərbaycanda siyasi məhbuslar haqqında qətnaməni qəbul etməyib, hakimiyyət vətəndaş cəmiyyətinin ən azı 30 fəalını, jurnalist və hüquq müdafiəçisini həbs edib: “Son vaxtlar isə Azərbaycanda insan hüquqlarına və siyasi islahatlara tərəfdar olanlara qarşı repressiya güclənir”. Bəyanatda əsasən jurnalist Rauf Mirqədirovun vətənə xəyanət ittihamı ilə həbs olunması, “Fəxri legion ordeni” kavaleri hüquq müdafiəçisi Leyla Yunusa qarşı təzyiqlər, mayın 6-da məhkəmə NİDA gənclər hərəkatının 8 fəalını üzunmüddətli həbs cəzasına məhkum edilməsi vurğulanır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG