Accessibility links

Azərbaycanlı mühacir Amerikada [Video]


Hər il may ayının 1-də Green Card lotereyalarının nəticələri açıqlanır. Lotereya qaliblərə Amerikaya mühacirət edib, burada işləmək və yaşamaq hüququ verir.

12 il əvvəl Pensilvaniya ştatının Fiadelfiya şəhərinə köçmüş Rövşən Səfərov deyir ki, hər mühacirin arzusu olduğu kimi o da həyatında nailiyyətlər əldə etmək, fürsətlərdən yararlanmaq istəyib.

O, mühacirət edərkən mütləq planlı, məqsədli şəkildə hərəkət etmək lazım olduğunu bildirir və mühacirət etməzdən əvvəl diqqətə alınması vacib olan məqamları Amerikanın Səsi ilə paylaşıb.

Rövşən gündəlik yaşayış üçün lazım olan xidmətlərin Amerikada nisbətən baha olduğunu, aylıq məvacibin böyük hissəsini apardığını, dəbdəbəli malların isə nisbətən ucuz olduğunu bildirib.

O, Amerikada kiçik sahibkarlığa göstərilən qayğını xüsusi vurğuayıb. O, buna misal olaraq kiçik sahibkarlara bəxş edilən vergi imtiyazlarını önə çəkib.

Rövşən mühacirət edənlər üçün digər uğur cığırının Amerikada yaxşı təhsil almaq olduğunu deyir. “İşə müraciət edənlərin Amerikada universitet təhsili alması mühüm amil kimi nəzərə alınır,” deyə azərbaycanlı bildirir.

O, insanların mühacirət etdikdən sonra bəzən çətinliklərlə üzləşərək xəyallarındakı Amerikanı tapmadıqlarını və bundan məyus olduqlarını deyir. Amerikanı həqiqətən də fürsətlər ölkəsi hesab edən Rövşən isə Amerika xülyasına qovuşduran yolun zəhmətdən keçdiyini deyir.

Show comments

XS
SM
MD
LG