Accessibility links

AZAD Vaşinqtonda forum keçirdi [Video]


AZAD Vaşinqtonda forum keçirdi
please wait

No media source currently available

0:00 0:03:43 0:00

AZAD Vaşinqtonda forum keçirdi

Amerika-Azərbaycanlıları Demokratiya Uğrunda (AZAD) təşkilatı dekabrın 19-u Vaşinqtonda "Azərbaycanın Qərb üçün hasil olunmamış potensialı: ABŞ-ın müttəfiqi qismində Azərbaycan cəmiyyəti ilə təmas qurulması" (Azerbaijan’s Untapped Potential for the West: Engaging Azerbaijani Society as a US Ally) adlı tədbir keçirib.

Forumun əsas natiqləri ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kazlariç və Hudson İnstitutunun aparıcı tədqiqatçısı Deyvid Satter olub.

Tədbiri giriş sözü ilə açan AZAD-ın sədri Elmar Şahtaxtinski 2011-ci ildə Misirdə baş verən hadisələri xatırladaraq, hadisələrin ən qaynar vaxtı siyasi analitiklərdən birinin işlərdiyi ifadəyə diqqəti yönəldib: “İndiyədək ABŞ-ın Mübarək siyasəti mövcud olub, bu gündən isə ABŞ yeni Misir siyasəti formalaşdırmalıdır”.
O, konfransı məhz bu kontekstdə qurmaq istədiyini bildirib.

ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kazlariç konfransın adı ilə bağlı iki məqam diqqətini çəkdiyini bildirib. Onlardan biri “hasil olunmamış potensial”, digəri isə “müttəfiq” ifadələridir.

Keçmiş səfirin sözlərinə görə, həqiqətən ABŞ-ın müttəfiqi olan Azərbaycanda çoxtərəfli əlaqələr üçün böyük potensial var. O deyib ki, rəsmi Vaşinqtonla rəsmi Bakı arasında əlaqələri kənara qoyub, cəmiyyətlərarası əlaqələri önə çəkmək lazımdır. Cənab Kazlariç bu sırada insan alveri, QHT-lər vasitəsilə qaçqınlara yardım, müstəqil medianın dəstəklənməsi, Azərbaycan mədəniyyətinin təbliği və s. sahələri göstərdi. O, əməkdaşlıq haqda danışanda ən böyük potensialın demokratiya, insan haqları və dini azadlıqlar sahəsində olduğunu bildirib.

Hudson İnstitutunun tədqiqatçısı isə əsasən Post-Sovet ölkələrində yaşanan oxşar problemlərdən söhbət açıb. O, Qırğızıstanı misal gətirərək ölkədə bir neçə dəfə dəyişiklik baş verməsinə baxmayaraq, lazımi sistemin qurulmadığını bildirib. O, habelə ABŞ-ın mühüm strateji maraqlarını nəzərə alaraq korrupsioner qırğız məmurlarla əməkdaşlığını tənqid etdi.

Forum iştirakçıların sualları və şərhləri ilə davam etdi.
XS
SM
MD
LG