Accessibility links

Bu gün Beynəlxalq Mətbuat Azadlığı günüdür


Bu gün Beynəlxalq Mətbuat Azadlığı günüdür. 1993-cü ildə BMT tərəfindən bu gün ifadə azadlığına dəstək verilməsi üçün təsis edilib.

BMT bildirir ki, açıq və plüralistik mətbuat təhlükəsiz mühitdə, repressiya qorxusu olmadan fəaliyyət göstərməlidir.

Təşkilat ötən il 71 jurnalistin öldürüldüyünü, 826-nın həbs edildiyini, 2000-dən artıq jurnalistin hədələndiyini və fiziki təzyiqlərə məruz qaldığını bildirir.

2014-cü il Mətbuat Azadlığı İndeksinə görə, bəzi ölkələr azad məlumat yaymaq və almaq hüququnu kobud şəkildə pozur.

İndeksin sponsoru Sərhədsiz Reportyorlar təşkilatı dünya boyu jurnalistlərə qarşı təhdidilərin artdığını bildirir.

Ən azad mətbuat Finlandiyada, ən qeyri-azad mətbuat isə Eritreyadadır.


Bu il İndeksə 179 ölkə daxil edilib. Azərbaycan azadlıq səviyyəsinə görə son yerlərdən birini - 162-ci yeri tutub və ötən illə müqayisədə 10 bənd geriləyib.
XS
SM
MD
LG