Accessibility links

AZAD NATO iştirakçılarına müraciət ünvanlayıb


NATO Chicago Sumit-2012 logo
NATO Chicago Sumit-2012 logo

Dünən may ayının 21-i Azərbaycanlı Amerikalılar Demokratiya Uğrunda (AZAD) təşkilatı Çikaqoda NATO sammitinə toplaşan liderlərini Azərbaycanın insan haqları göstəricilərinə diqqət yetirməyə çağırıb. AZAD-ın Çikaqodakı fəalları NATO sammitini işıqlandıran jurnalistlər arasında təşkilatın bəyanatını yayıb. Bəyanat NATO ölkələrinin liderlərini sammitə qatılan Azərbaycan prezidenti qarşısında insan haqları və demokratiya məsələsini qaldırmağa çağırır.

"Azərbaycanlı-Amerikalıları NATO-nu qlobal təhlükəsizlik və sülhün əsas təminatçısı hesab edir. Biz Azərbaycan xalqının azad dövlətlər icmasına qoşulması təşəbbüsünü və Azərbaycanın NATO missiyasına yardımını dəstəkləyirik. Amma həmçinin diqqətinizi hakim Əliyev rejiminin apardığı siyasətin NATO ölkələrinin bölüşdüyü fundamental dəyərlər və təşkilatın başlıca prinsipləri ilə üst-üstə düşmədiyinə cəlb etmək istəyirik."-deyə bəyanatda bildirilir.

Bəyanatda habelə hazırki Azərbaycan hökumətinin repressiv və korrupsiyaya uğramış rejim olduğu deyilir.

XS
SM
MD
LG