Accessibility links

Babək Azad: Azad TV fərqli düşüncələri topluma çatdırır [Audio]


Babək Azad
Babək Azad

“Güneylə bağlı fəaliyyət göstərən siyasi qruplar və fərqli düşüncə sahibləri bir araya gəlmədən öncə bir-birləri ilə danışmağı bacarmalıdır,” deyə güneyli jurnalist Babək Azad söyləyir. Azad Tribun veb səhifəsinin redaktoru və Azad TV adlı online telekanalın əməkdaşı Babək Azad Amerikanın Səsi ilə söhbətdə telekanalın proqramları, informasiya paylaşımı və qəzetçilik sahəsində səs və təsvirin önəmi, həmçinin gündəmdəki olaylar haqqında fərqli düşüncə sahiblərinin təhlil və analizlərini topluma çatdırmağın əhəmiyyəti haqda danışıb.

Babək Azad yeni telekanalın hədəfləri haqda danışır
please wait

No media source currently available

0:00 0:20:14 0:00
Bizim qurtluşumuz ferqli düşüncələr və siyasi təşkilatlarımız arasında koalisiya yaratmaq ilə mümkün olacaq. Amma, biz öncə bu fərqli siyasi fikirlərlə danışmağı bacarmalıyıq.
Babək Azad

Babək Azadın fikrincə, müasir dünyada xəbərlər və informasiyanı paylaşmaq və topluma çatdırmağın ən əlverişli yolu səs və təsvir imkanlarından istifadə etməkdir

“Mən və bir neçə digər milli fəal Azad TV layihəsini həyata keçirdik, çünki araşdırmalara görə, çox sayda insan yazılı informasiya deyil, səs və görüntü vasitəsilə gündəmdəki olaylarla bağlı məlumat əldə etməkdədir,” deyə Babək Azad vurğulayır.

Onun dediklərinə görə, insanlar bir çox hallarda o cümlədən, işdə ikən ya səfərdə olduqları vaxtlarda belə səs və video şəklində yayılan proqramlardan istifadə edə bilirlər.

İsveçdə yaşayan urmiyəli jurnalist Azad TV-nin missyalarından birinin tanınmış milli fəalların gündəmin mövzuları ilə bağlı düşüncələrini yayıb onları topluma çatdırmaq olduğunu ifadə edir.

Milli fəalın dediklərinə görə, yeni kommunikasiya texnologiyaları və media vasitələrindən istifadə etməyə meyili olmaq xüsusilə Güney Azərbaycanın müasir tarixində çox görülmüşdür.

Mən və bir neçə digər milli fəal Azad TV layihəsini həyata keçirdik, çünkü, araşdırmalara görə, çox sayda insan yazılı informasıya deyil səs və təsvir vasitəsilə gündəmdəki olaylarla bağlı məlumat əldə etməkdədir.
Babək Azad

O, həmçinin media fəaliyyətlərinin İran və Güney Azərbaycanda yaşayan türklərin inkar edilmiş haqları ilə də yaxın əlaqədə olduğunu vurğulayır.

Azad TV-nin son vaxtlarda yaydığı proqramların əksəriyyəti İraqda baş verən məzhəb savaşları, İraq türklərinin durumu, Qərbi Azərbaycan vilayətinin qonşusu olan İraq Kürüstanının müstəqilliyini əldə etməsi ehtimalı və bütün bunların güneyə buraxacaq təsirləri ilə bağlı olub.

Babək Azad telekanalın indiyədək sərgilədiyi fəaliyyətlərində uğur qazandığını və proqramları izləyənlər tərəfindən müsbət qarşılandığını deyir.

O həmçinin Azad TV-nin tam müstəqil informasiya vasitəsi və demokratik prənsiplərə bağlı olduğunu irəli sürür.

“Bizim qurtluşumuz ferqli düşüncələr və siyasi təşkilatlarımız arasında koalisiya yaratmaq ilə mümkün olacaq. Amma, biz öncə bu fərqli siyasi fikirlərlə danışmağı bacarmalıyıq,” deyə Babək Azad Əlavə edib.

XS
SM
MD
LG