Accessibility links

Amerika-azərbaycanlıları Demokratiya Uğrunda (AZAD) təşkilatından Amerikanın Səsinə daxil olan məlumata görə, qurum dekabrın 19-da Vaşinqtonda forum keçirməyi planlaşdırır. "Azərbaycanın Qərb üçün hasil olunmamış potensialı: ABŞ-ın müttəfiqi qismində Azərbaycan cəmiyyəti ilə təmas qurulması" (Azerbaijan’s Untapped Potential for the West: Engaging Azerbaijani Society as a US Ally) adlı tədbir Vaşinqton vaxtı ilə saat 12-də başlanacaq.

Forumun əsas natiqi ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kazlariç olacaq. Cənab Kazlariç hazırda Corc Mason Universitetində Terrorizm, Millətlərarası Cinayət və Korrupsiya Mərkəzinin direktor müavinidir.

AZAD Amerika cəmiyyətini Azərbaycanda demokratiyanın durumu haqda məlumatlandıran diaspor təşkilatıdır.

Forum haqda ətraflı məlumatı buradan əldə etmək olar.
XS
SM
MD
LG