Accessibility links

Azad Fikir Universitetinin qapısı hələ də möhürlüdür


Azad Fikir Universiteti

Azad Fikir Universiteti

Vəkil prokurorluğun əməliyyat hərəkətinin universitetin fəaliyyətinin dayandırılmasına yönəldiyini bildirir

Azad Fikir Universiteti ilə bağlı prokurorluğun apardığı əməliyyat hərəkətləri cinayət araşdırmasına deyil, universitetin fəaliyyətinin dayandırılmasına yönəlib. Bu barədə Amerikanın Səsinə vəkil Rəşid Hacılı bildirib.

Prokurorluq orqanları aprelin 10-da Azad Fikir Universitetinin ofisində axtarış aparıblar. Ofisdən sənədlər və kompüterlər götürülüb və qapılara möhür vurulub.

Vəkilin sözlərinə görə, AFU-da axtarışın aparılması, sənədlərin və kompüterlərin götürülməsi ilə bağlı məhkəmədə universitetin təmsilçiləri iştirak etməyiblər.

“Bununla yanaşı prokurorluq universitet rəhbərliyini dəvət edib ondan lazım olan sənədləri tələb etməyib, hansı səbəbdən məhkəməyə müraciət etdiyini əsaslandırmayıb və universitetə indiyədək axtarışla bağlı məhkəmə qərarı təqdim edilməyib”, - R.Hacılı qeyd edib.

O bildirib ki, universitetdə axtarışın aparılması, sənədlərin və kompüterlərin götürülməsi bir istintaq hərəkətidir, lakin universitetin qapılarının möhürlənməsi giriş-çıxışı qadağan edir.

“Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında universitetin qapılarının möhürlənməsinin səbəbi əsaslandırılmayıb. Mətbuat xidməti universitetin bağlanmadığını bildirir. Qapıların möhürlənməsi faktiki olaraq universitetin bağlanmasıdır. Lakin bunun izahını verilmir”.

AFU-nun qapıları hələ də möhürlüdür. Hazırda universitet bununla bağlı məhkəməyə müraciət etməyi müzakirə edir.
XS
SM
MD
LG