Accessibility links

Azad Mursəliyev: Gülər xanım nə vaxtsa danışacaq [Audio-müsahibə]


Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsinin sədri Azad Mursaliyev

Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsinin sədri Azad Mursaliyev

Mahir Abdullayevin Hüquqlarını İctimai Müdafiə Komitəsinin sədri Azad Mursəliyevin Amerikanın Səsinə müsahibəsi

Mahir Abdullayevin Hüquqlarını İctimai Müdafiə Komitəsinin sədri Azad Mursəliyev Amerikanın Səsinə müsahibəsində keçmiş deputat Gülər Əhmədova barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 il həbs qərarını şərh edib.


Sual: Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsi Gülər Əhmədovanı 3 il azadlıqdan məhrum edib. Münasibətiniz?

Prokurorluq orqanları, məhkəmə belə bir mövqe tutacaqdısa, elə ilk gündən Gülər xanımı tutmamalı idi.
Cavab: Mənim münasibətim heç dəyişmədi, ilk gündə olduğu kimi bu gün də deyirəm. Baxmayaraq ki, Gülər xanım mənim məhkəmədə dediklərimə istehza ilə yanaşdı, hətta məni yalançı da adlandırdı. Bütün bunlara baxmayaraq, yenə allah qapısını açsın söyləyirəm.

O ki qaldı məhkəməyə, bilmirəm ictimaiyyət üçün, hüquqşünaslar üçün necədir, şəxsən mən bunu görürdüm. Hətta bir qədər qabağa gedib, bunu söyləyərdim ki, əslində prokurorluq orqanları, məhkəmə belə bir mövqe tutacaqdısa, elə ilk gündən Gülər xanımı tutmamalı idi. Ola bilər ki, Gülər xanımın həbsinin səbəbi onun bu gün məhkəməyə çıxarılması deyildi, susdurulması idi. Sadəcə Gülər xanım susmalı idi, susdu da.

İndi mən nə söyləyim. Gülər xanım danışmadı. Üç il azadlıqdan məhrum etmə bundan sonra onu danışdıracaqmı, ya yox. Düşünürəm ki, Gülər xanım nə vaxtsa danışacaq.

Sual: Burada Elşad Abdullayevin bir milyon dollar pulundan söhbət gedir. Həmin pulun qaytarılması məsələsi necə olacaq? Məhkəmə bununla bağlı bir qərar qəbul edibmi, ümumiyyətlə bu necə olacaq?

Mandat alverində adı çəkilən şəxslərin ifşasından söhbət getmədi, kimlərsə vəzifəsindən azad edilmədi və yaxud da Mahir Abdullayevin adı hallanan epizodlara aydınlıq gətirilmədisə Gülər xanımı niyə həbs etdilər?
Cavab: Əslində düzünü danışsaq, Gülər xanım nəyə görə həbs olunub? O nəyə görə mühakimə olundu mən və nümayəndəsi olduğum şəxslər başa düşə bilmir.

Əgər belə idisə, mandat alverində adı çəkilən şəxslərin ifşasından söhbət getmədi, kimlərsə vəzifəsindən azad edilmədi və yaxud da Mahir Abdullayevin adı hallanan epizodlara aydınlıq gətirilmədisə Gülər xanımı niyə həbs etdilər? Yaxud Elşad Abdullayev bu işdə zərərçəkən kimi tanınmadısa, onun pulu geri qayıtmadısa Gülər xanımı dələduzluqla necə mühakimə etdilər mən başa düşə bilmirəm. Xahiş edirəm, məni düzgün başa düşün şəxsən Gülər xanım ümumiyyətlə nəyə görə həbs edilib başa düşə bilmirəm. Kim başa düşürsə buyursun, mən başa düşə bilmirəm ki, onu nədə mühakimə edirlər. Əgər vəzifəli şəxs ortada yoxdursa, pul geri qayıtmırsa, hadisə var amma əsassız arqumentlər gətirilər, deyirlər yoxdur, onda Gülər xanım nəyə görə həbs edilib, mən başa düşə bilmirəm.

Sual: Məhkəmənin qərarından şikayət edəcəksinizmi?

Bu Gülər xanıma qarşı deyil, prokurorluq və məhkəmə orqanlarına qarşı bir ittiham olacaq.
Cavab: Sözsüz, sözsüz. Mən yenə söyləyirəm, istər Elşad Abdullayev, istər onun qanuni nümayəndəsi Adil İsmayılov və yaxud mən Gülər xanımın həbsdə qalmasının və yaxud da 3, 5, 10 il azadlıqdan məhrum edilməsinin tərəfdarı deyilik. Sadəcə ola bilsin ki, həmin cinayət işinin bəzi epizodları ilə bağlı etirazımız olsun. Çox yəqin ki, Gülər xanımın işi ilə bağlı etirazlar bildiriləcək. Bu Gülər xanıma qarşı deyil, prokurorluq və məhkəmə orqanlarına qarşı bir ittiham olacaq.

Sual: Elşad Abdullayev tərəfi nədən narazıdır? Nəyə etiraz bildirəcəksiniz? Konkretləşdirin.

Şəxsən müdafiə komitəsinin sədri kimi mən, mənimlə bərabər çalışan insanlar bu epizoda sonsuz olaraq aydınlıq gətirməyə çalışacaq.
Cavab: Birinci növbədə mərhum Sevinc Babayevanın video və audio yazıları Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsi və Elşad Abdullayev tərəfindən ictimaiyyətə təqdim olunmuşdu. Həmin epizodlarda Gülər xanımın Mahir Abdullayevlə bağlı bildirdiyi fikirlər, şəxsən özünün söylədiyi fikirlər, Mahiri iki ay ərzində tapıb gətirib verəcəm və yaxud Sevinc xanımın fikirləri vardı, audioyazısı vardı, deyirdi ki, Gülər xanım şəxsən onun yanında telefon açıb vəzifəli bir şəxsə və Mahir Abdullayevin yerini soruşub, bildiriblər ki, Mahir lazım olan yerdədir, elə bilirdi ki, böyük vəzifəyə gətiriləcək. Şəxsən müdafiə komitəsinin sədri kimi mən, mənimlə bərabər çalışan insanlar bu epizoda sonsuz olaraq aydınlıq gətirməyə çalışacaq.
XS
SM
MD
LG