Accessibility links

Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsinin sədri aclığa başlayacaq


Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsinin sədri Azad Mursaliyev
Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsinin sədri Azad Mursaliyev

“Vətəndaş olaraq qanunsuzluqlarla bağlı 2 iyun 2015-ci ildə dövlət başçısını açıq məktubla məlumatlandırmışam. Bu müraciətə böyük ümidlər bəsləyirəm. Əgər mənim son ümidim də qırılarsa, ən yaxın zamanda bir sıra tələblər irəli sürərək müddətsiz aclıq aksiyasına başlayacam”. Bu barədə Milli Təhlükəsizlik Nazirliyinin təqaüddə olan zabiti, Qarabağ Müharibə veteranı, “Mahir Abdullayevin Hüquqlarının İctimai Müdafiə Komitəsi”nin sədri Azad Murasliyevin bəyanatında deyilir.

O aclıq aksiyasına aşağıdakı tələblərlə başlayacağını bildirir:

- Heç bir əsas olmadan 10 il müddətinə cinayət məsuliyyətinə alınmışsiyasi məhbus Mübariz Abdullayevin simasında həbsdə olan bütün Siyasi Məhbuslara azadlıq.

- 13 oktyabr 2003-cü ildə müəmmalı şəkildə oğurlanan MTN zabiti Mahir Abdullayev cinayətinəAzərbaycan Baş Prokurorluğu tərəfindən aydınlıq gətirilsin. 12 ilə yaxın qeyri formal aparılan 105157 saylı cinayət işinin gedişatına dair ictimayyət məlumatlandırılsın.

- Heç bir əsas olmadan respublika vətəndaşlarının azad hərəkət etmək hüquqlarının məhdudlaşdırılması taktikasına son qoyulsun. Qarabağ qazisi kimi mənim və mənim kimi yüzlərlə qazinin respublika hüdudlarından kənarda müalicə almaq haqqımızdır. Qeyri qanuni olaraq azad hərəkət etmək hüquqlarımın məhdudlaşdırılması dərhal aradan qaldırılsın.

“Qarabağ Müharibəsi veteranı olaraq hər iki halda, istər respublika hüdudlarındankənarda cərrahi əməliyyat olmaq şansızlığımda, istərsə də aclıq aksiyası keçirdikdə heç də yaxşı olmayan sağlamlığımı itirmək riski ilə qarşılaşıram”, A.Mürsaliyev bildirib.

Azad Murasliyevin bəyanatını rəsmi qurumlar hələ şərh etməyib.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevin qardaşı, Milli Təhlükəsizlik Nazirliyinin mayoru Mahir Abdullayev 2003-cü il oktyabrın 13-də oğurlanıb. M.Abdullayevin oğurlanması ilə bağlı istintaq indiyədək heç kimi məsuliyyətə cəlb etməyib. 2010-cu ildə ABU-nun fəaliyyəti dayandırıldıqdan sonra Elşad Abdullayev Fransaya mühacirət edib. Elşad Abdullayev qardaşının tapılması üçün müxtəlif vəzifəli şəxslərə verdiyi yüz min dollarla məbləğdə rüşvət faktları ilə bağlı xəlvəti çəkdiyi çoxsaylı videolar yayıb. Onun videoları əsasında Milli Məclisin keçmiş deputatı Gülər Əhmədova və digər şəxslər həbs edilib. 2013-cü ilin martında Elşad Abdullayevin prezident İlham Əliyevə müraciətindən sonra Mahir Abdullayevin oğurlanması üzrə istintaq işini aparmaq üçün Baş Prokuror yanında Müstəqil İstintaq Komitəsi yaradılıb.

Elşad Abdullayev qardaşının oğurlanmasında hökumətin yüksək vəzifəli şəxslərini günahlandırır.

Azad Mursəliyev 2013-cü ilin martında Mahir Abdullayevin Hüquqlarını İctimai Müdafiə Komitəsi təsis edib. Mahir Abdullayev Azad Mursaliyevin dayısıdır.

Mübariz Abdullayev (Azad Mürsəliyevin dayısı oğlu) 2013-cü il avqustun 21-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkəmə zalında həbs edilib. Məhkəmə onu Cinayət Məcəlləsinin 182.3.2 (hədə-qorxu ilə külli miqdarda əmlak tələb etmə) maddəsi ilə 10 il həbsə məhkum edib. Cinayət işi 2003-cü ildə Elşad Abdullayevin qardaşı Mahir Abdullayev oğurlandıqdan sonra Kürdəmir rayon Polis Şöbəsində qaldırılıb. Amma istintaq işləri 2012-ci ildə Elşad Abdullayev videolar yaydıqdan sonra davam etdirilib.


Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG