Accessibility links

Azad Mursaliyev sərhəddə saxlanıb


Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsinin sədri Azad Mursaliyev
Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsinin sədri Azad Mursaliyev

Oktyabrın 30-da Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin bacısı oğlu, eyni zamanda Elşad Abdullayevin yoxa çıxan kiçik qardaşı Mahir Abdullayevin hüquqlarını ictimai müdafiə komitəsinin sədri Azad Mursaliyev Qazax rayonunda Gürcüstanla sərhəd-keçid məntəqəsində Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıb. Sonra Qazax rayon Polis Şöbəsinə təhvil verilib. Mürsaliyev polisdə 2 saat saxlandıqdan sonra azad buraxılıb.

“Məni sərhəd-keçid məntəqsində sərhədçilər saxladılar və dedilər ki, bu barədə göstəriş var. Sonra Post Patrul Xidməti çağırdılar və məni Qazax rayon Polis Şöbəsinə apardılar. İki saat orada qaldım. Baş Prokurorluqla əlaqə saxladılar. Onlara Baş Prokurorluqdan faks gəldi ki, azad edin. Məndən noyabrın 1-də Baş Prokurorluqda olmağımla bağlı iltizam alıb azad buraxdılar. Saxlanmağımın səbəbləri barədə hər hansı izahat verilmədi”, Mursaliyev Amerikanın Səsinə bildirib.

Öz növbəsində , Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, Mahir Abdullayevin itkin düşməsi faktı ilə bağlı Baş Prokurorluqda istintaq edilən cinayət işi üzrə A.Mursalıyevin cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb edən məlumatlara malik olduğunu nəzərə alaraq, eləcə də istintaqla mütəmadi və sıx əlaqələrini təmin etmək məqsədi ilə müvafiq qaydada ölkə ərazisindən çıxışına məhdudiyyət qoyulub.

"Barəsində belə bir məhdudiyyətin mövcudluğunu bilə-bilə A.Mursalıyev oktyabrın 31-də saat 18.45-də dövlət sərhədini “Şıxlı” Sərhəd Nəzarət Məntəqəsi vasitəsi ilə keçərkən saxlanılıb.
Qazax rayon Polis Şöbəsində ölkə ərazisindən çıxışına qoyulmuş məhdudiyyətin tələbləri bir daha izah edildikdən sonra o, həmin gün sərbəst buraxılıb”, Sultanov qeyd edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG