Accessibility links

İraq jurnalistləri Azad İraq Radiosunun Bağdad bürosunun rəhbərinin ölümündə ittiham olunan prezident mühafizəçisinin edamına çağırır. Radio ABŞ hökumətinin beynəlxalq yayımının bir qoludur.

Məhmməd Bdaivi Ovaid Əl-Şammarinin tabutunu aparan jurnalistlər Bağdad küçələrind yürüş ediblər. Dünən səhər saatlarında İraq Prezident Qvardiyasının üzvü qərargahının qapısında büro rəhbərilə mübahisə etdikdən sonra onu başından güllələmişdi. Mübahisə kimin avtomobilinin keçid məntəqəsində birinci keçəcəyi üstündə yaranmışdı.

İraq Jurnalistləri Birliyinin rəhbəri Muaed Allami İraq təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan mühafizəçiyə edam hökmü verilməsinə çağırıb.

Mühafizəçi prezident Cəlal Tələbaninin evi yaxınlığındakı yoxlama məntəqəsində çalışırdı.

Efirdə Həsən Rəşid kimi tanınan 46 yaşlı Əl-Şammari 2006-cı ildən Azad İraq Radiosunda çalışırdı. O, büronun rəhbəri vəzifəsinə 2012-ci ildə təyin edilmişdi.
XS
SM
MD
LG