Accessibility links

Azadlıq Radiosunun əməkdaşları prokurorluğa çağırılıb [Video] (Yenilənib)


Azadlıq Radiosunun əməkdaşları prokurorluğa çağırılıb
please wait

No media source currently available

0:00 0:01:30 0:00

Azadlıq Radiosunun əməkdaşları prokurorluğa çağırılıb

Bazar günü - dekabrın 28-də Bakıda polis AzadlıqRadiosunun jurnalistlərini mənzillərində tutub-saxlamağa başlayıb. AzadlıqRadiosunun demək olar ki, bütün jurnalistlərinin mənzilinə polis gəlib, ya da onları sorğu-suala çəkiblər.

Bu barədə AzadlıqRadiosunun saytı məlumat yayıb.

AzadlıqRadiosunun baş redaktoru Zeynal Məmmədli Amerikanın Səsinə bildirib ki, radionun əməkdaşlarını çağırış göndərmədən, vəkil xidmətindən istifadəyə imkan yaratmadan, bəzilərini hədə-qorxu yolu ilə, bəzilərini evlərindən, bir sözlə harada gəldi tutub aparırlar.

“Hazırda neçə əməkdaşın və ştatdankənar müxbirin polis tərəfindən aparıldığını demək mümkün deyil. Çünki müxbirləri rayonlarda və Bakıda saxlayıb istintaqa aparırlar. Bir qədər əvvəl 12 və daha çox əməkdaşın saxlandığını öyrənə bilmişdik. Hazırda da saxlanma davam edir”, o qeyd edib.

AzadlıqRadiosunun fikrincə, bütün bunlar onu bənzəyir ki, polisə nəyin bahasına olursa-olsun, AzadlıqRadiosunun jurnalistlərini prokurorluğa gətirmək əmri verilib. Baxmayaraq ki, AzadlıqRadiosunun bütün jurnalistləri bazar ertəsi vəkillə birlikdə prokurorluğa gəlməyə razı olmuşdular.

AzadlıqRadiosunun gündəlik proqramının aparıcısı Kamran Mahmudovu öz mənzilindən aparıblar, onu hətta ayaqqabılarını və üst geyimini geyinməyə qoymayıblar. Onun həyat yoldaşı Lətifə AzadlıqRadiosuna telefonla deyib ki, səhər saatlarında 2 polis zabiti gəlib, onlar qonşularla maraqlandıqlarını desələr də, zorla mənzilə giriblər, qorxuya düşüb, ağlayan uşaqlarının gözü qabağında Kamranı həbs ediblər.

AzadlıqRadiosunun Bakı bürosunun xidmətçisi Mətanət Abdinova da polis məntəqsinə aparılıb, sonradan onu istintaqa aparıblar.

AzadlıqRadiosunun rus dilində saytının redkatoru Cingiz Sultansoy və Vüsalə Mehdiyeva da həmçinin yerli polis məntəqsinə aparılıb, sonra onları prokurorluğa aparıblar.

AzadlıqRadiosu bildirir ki, bu gün səhər onlar AzadlıqRadiosunun vəkili ilə görüşməyi və bütün lazımi sənədləri imzalamağı planlaşdırırdılar. Prokurorluqla görüşməzdən əvvəl onların leqal təmsilçiliklə təmin olunmasına ehtiyac var idi. İndi onların prokurorluğa aparılması jurnalistləri faktiki qanuni müdafiəsiz qoyur.

Polis və müstəntiqlər AzadlıqRadiosunun jurnalistlərini polis müşaiyəti olmadan prokurorluğa getməməyə çağırır. Azadlıq Radiosunun vəkilinin fikrincə, “bunu ona görə edirlər ki, adamları qorxutmaq istəyirlər və vəziyyəti elə göstərmək istəyirlər ki, guya onlar istintaqdan qaçmaq istəyirlər”.

Azadlıq Radiosunun əməkdaşları prokurorluğa çağırılıb
please wait

No media source currently available

0:00 0:01:32 0:00

XS
SM
MD
LG